Icma.az
close
up
RU
Badamdarda uçqun: "Laçın" məktəbində oxuyan uşaqların həyatı təhlükədə! FOTO

Badamdarda uçqun: "Laçın" məktəbində oxuyan uşaqların həyatı təhlükədə! FOTO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Son günlər güclü yağışlar səbəbindən Bakının Badamdar qəsəbəsi ərazisində qaya parçaları uçqun təhlükəsi yaratdı. Nəticədə Bakı Kənar Dairəvi yolu bağlandı. Yol yalnız uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görüldükdən sonra açıldı.

Amma ərazidə təhlükəli vəziyyət aradan qalxmayıb. Məsələ burasındadır ki, uçqun təhlükəsinin yarandığı ərazidə məktəb binası da var. Aylardır Bakupost.az təhlükəli ərazidə yerləşən, heç bir təxliyyə çıxışı olmayan məktəblə bağlı yazılar dərc etsə də, şagirdlərin həyatının təhlükə altında olduğunu bildirsə də, təəssüf ki, hələ də məsələ ilə bağlı tədbir görülməyib.

Söhbət Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbindən gedir.

Sözügedən yolsuz məktəb vaxtilə gecə ikən tikilib və Badamdarda düz qayanın üstündə yerləşir. Uçqunun baş verdiyi ərazi məktəbin arxa tərəfindədir. Uçurumun üstündə yerləşən məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin həyətindən keçir. Bu isə sakinlərlə məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaşanır. Belə ki, vaxtilə məktəbin yolu digər istiqamətdən olub. Lakin orada yeni bina tikildiyindən məktəb yolsuz qalıb. Sakinlər humanizm naminə piyada getmək şərtilə müəllim və şagirdlərə öz həyətlərindən yol veriblər. Lakin bir neçə il sonra direktor və müəllimlər məktəbə onsuz da dar olan həmin yoldan maşınla gedib-gəlməyə başlayıblar. Sakinlərin qapısı birbaşa küçəyə açıldığı üçün dalandan avtomobil yolu kimi istifadə olunması azyaşlı uşaqların həyatına təhlükə yaradır.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakupost.az -ın sorğusuna cavab olaraq, həmin ərazidə məktəb binasının fəaliyyətinin qanunsuz olduğunu bildirib:

"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, müvafiq tədbirlərin görülməsini xahiş edib. Ancaq İdarə rəisinin müraciətindən aylar keçsə də, məsələnin həllindən xəbər-ətər yoxdur.

Yalnız dünən, oktyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən Bakupost.az -a məsələ ilə bağlı məktub göndərilib. Agentliyin rəis müavini Zemfira Rzayevə sorğumuza cavab olaraq, bildirib ki, qeyd olunan ünvanda uzun illər əvvəl inşa edilmiş və "Laçın" məktəbi adı ilə fəaliyyət göstərən məktəb binası və onun istismara qəbul edilməsi barədə Agentlikdə məlumat yoxdur:

"Bildiririk ki, qeyd olunan qanunsuz tikililər ilə bağlı inzibati icraat yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğundan, eyni zamanda, həmin tikililərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə Agentliyə məlumat daxil olmadığından, tərəfimizdən hər hansı tədbirin görülməsi mümkün olmamışdır".

Göründüyü kimi, Agentlik də məsələnin həlli ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin tədbir görməli olduğunu bildirir. Lakin həm Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov icra hakimiyyətinə müvafiq məktub ünvanlasa, həm də sakinlər dəfələrlə müraciət etsələr də, nədənsə bunun nəticəsi olmayıb. Məsələnin həllinə cavabdeh olan Səbail Rayon İcra Hakimiyyəti məktəbin başqa əraziyə köçürülməsi ilə əlaqədar tədbir görməyə tələsmir.

Ancaq Badamdarda baş verən son üçqun hadisəsi bir daha göstərdi ki, növbəti yağışlar zamanı məktəb binası da Dairəvi Yola doğru sürüşə, şagirdlərin və məktəbdə çalışanların başına bədbəxt hadisələr gələ bilər. İş burasındadır ki, məktəbin təxliyyə çıxışı da yoxdur. Bu səbəbdən sürüşmə, yanğın və s. kimi bədbəxt hadisələr baş verdikdə, şagirdlərin təxliyyəsi də çox çətin olacaq.

Beləliklə, qarşıdan qış gəlir və "Laçın" qaçqın məktəbi ilə bağlı məsələ təcili həllini tələb edir. Biz bir daha bu barədə yazıb, aidiyyatı qurumları məsələdən xəbərdar etdik. Tədbir görmək vəzifəsi isə onların üzərinə düşür.

Sonda onu da qeyd edək ki, ərazidə çəkilən son görüntülər də "Laçın" qaçqın məktəbi ilə bağlı təhlükənin nə dərəcədə real olduğunu əks etdirir.

Həmin fotoları təqdim edirik:




Zaur

BakuPost





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri