Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Bağırov və Beriyaya sui qəsd edən alim kim idi?

Bağırov və Beriyaya sui qəsd edən alim kim idi?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün alim Vəli Xuluflunun anım günüdür.
Kulis.az bu münasibətlə Elmin Nurinin alim haqqında araşdırmasını təqdim edir:

Vəli Xuluflu yeni əlifba islahatının əsas ideoloqlarından biri olub. Tanınmış folklorşünas alim cəmi 43 il ömür yaşamasına baxmayaraq, milli yaddaşın mühafizəsində dura bilib. Elə bu səbəbdən də bir çox təzyiqlərə, haqsızıqlara məruz qalıb və nəhayət, 1937-ci ilin qanlı repressiyasında qurban gedən aydınlardan biri olub.
1937-ci ilin apreli… Artıq növbə Vəli Xulufluya da çatıb. Çünki bir neçə ay bundan əvvəl həbs edilən və aramsız işgəncələrə məruz qalan başqa ziyalılar cismani əziyyətlərə dözməyərək, alim haqqında “həqiqətləri” söyləmişdilər. Xuluflunu həmkarı Hənəfi Zeynallı ilə də həbsxanada üzləşdirəcəkdilər… Və səbirsizliklə ölümünü arzulayan Hənəfi Zeynallı dostunun əleyhinə ifadə verəcəkdi. (Yalnız ona görə ki, çox arzuladığı güllələnməyə məruz qalaraq, canını cəllad əlindən qurtarsın). Yəni, vəziyyət bu dərəcədə ağır idi. Amma bu haqda az sonra.
1937-ci ilin yazıdır... Vəli Xuluflunun iki darotaqlı mənzilində DTK əməkdaşları axtarış aparırlar. Nə tapsalar yaxşıdı? – partiya bileti, pasport, Buxarin, Trotski, Zinovyevin şəkilləri, hərbi bilet, kitablar, dəftər və fotoşəkillər. Başqa heç nə!
Amma görün təkcə bunlardan istifadə edərək, folklorçuya nə cür ittihamlar irəli sürürlər: “1 dekabr 1934-cü ildə trotski-zinovyevçi terrorçu təşkilatının üzvü, Kirovun qətlində iştirak, 1934-37-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terrorda iştirak”. (Aslan Kənan, “XX əsrdə repressiyaya qurban gedənlər”)
Görün, öz işi ilə məşğul olan, zəif cüssəli folklorşünas onlar üçün nə dərəcədə təhlükəli şəxs imiş ki, onu iki rəhbərə – S.M.Kirov və Mir Cəfər Bağırova qarşı sui-qəsddə, terror cəhdində günahlandırırdılar.
Ona qarşı irəli sürülən 6 maddədən ən əsasları da elə bunlar idi.
Yox, hələ bu da tam deyildi. Onu sonradan Stalinin sağ əli olan Beriyaya qarşı sui-qəsd cəhdində də günahlandırdılar. Məhz bundan sonra Vəli Xuluflu həbs edildi. Amma gözləri zəif görən, fiziki baxımdan o qədər də hazırlıqlı olmayan Vəlinin dözümü işgəncə işlərini yerinə yetirən erməni leytenantları belə, heyrələndirirdi. Xuluflu başqa ziyalılardan fərqli olaraq, işgəncələrə 6 ay dözə bildi ki, bu da görünməmiş bir müddət idi. Amma hər şeyin də bir sonu var.
İnsan orqanizmi məyyən həddə qədər nələrəsə dözə bilər. Artıq ağır durumda olan Vəli Xuluflu bundan sonra nəyinsə düzələcəyinə, səhhətinin yenidən bərpa olacağı inamından əl çəkərək, hər şeyi “etiraf edir”. Bəli, guya o boyda Beriya, Kirov və Bağırova məhz sadə bir folklorçu sui-qəsd təşkil edib. Xuluflu həm də ona görə boynuna alırdı ki, bu maddə ilə təqsirləndirilən şəxsləri Sibirə göndərməyib, birbaşa güllələyirdilər. Özü də maksimum 15 dəqiqə çəkən məhkəmə proseslərindən sonra.
Bir detalı da vurğulamaq lazımdır: Vəli Xuluflu öz “günahlarını” etiraf etsə də, ondan Əli Nazim, Seyid Hüseyn və Ruhulla Axundovla bağlı böhtan dolu ifadələri almaq mümkün olmur. Məhz ondan sonra DTK-nın qanlı şöbələrinin birində inləyən növbəti qurban – Hənəfi Zeynallı Vəli Xuluflu ilə üzləşdirilir. Bu üzləşməni iki erməni müstəntiq – Avanesyan və Qalstyan həyata keçirirdi. Hənəfi Zeynallı Vəli ilə görüşməzdən əvvəl müstəntiq onunla xeyli söhbət edir və bir növ tənqidçini həmin dialoqa “hazırlayır”.
Taleyin ironiyasına baxın ki, ömürlərini elmə qurban verən, iki vicdanlı alim bu iki erməninin təzyiqləri səbəbindən üzləşməli olurlar:
“Müstəntiq: – Vətəndaş Vəli Xuluflu haqqında sizə nə məlumdur?
Hənəfi Zeynallı: – Mənə məlumdur ki, Vəli Xuluflu millətçidir və əksinqilabın üzvüdür.
Müstəntiq Vəli Xulufluya: – Siz Hənəfi Zeynallının bu ifadəsini təsdiq edirsiz?
Vəli Xuluflu: – Doğrudan da mən əksinqilabçıyam. Amma əksinqilabi hərəkatın üzvü olmamışam”. (Aslan Kənan, yenə həmin kitabdan)
Daha sonra çox vacib bir detal barəsində söhbət açılır ki, sorğu-sual edən ermənilərin də dərdi o zaman yenidən təzələnir. Sən demə, onların Vəli Xulufluya bu qədər acıqlı olmağının həm də başqa səbəbi var imiş - “Koroğlu” dastanı…
Aranın qarışıb, məzhəbin itməsindən istifadə edən erməni “alimlər” “Koroğlu”nun məhz onlara aid olduğunu və onun erməni çarı Arşakın oğlu olduğunu iddia etmək istəyirdilər. Məhz o zaman bu iki alim qollarını çırmayaraq, dastanı ermənilərdən xilas edirlər. Ortaq türk dastanı olan “Koroğlu” H.Zeynallı və V.Xuluflu tərəfindən tarixi və etnoqrafik, folklorşünaslıq müstəvisində araşdırılır. Alimlərin gətirdiyi elmi dəlillər qarşısında susan ermənilər iddialarından əl çəkməli olurlar.
Lakin bu xəbər artıq DTK-da işləyən ermənilərə çoxdan gedib çatmışdı. Odur ki, indi bu iki alimi bir-birinə qarşı qoyub onlara mənəvi işgəncə verməkdən həzz alırdılar. Amma Hənəfi Zeynallı son nəfəsində də olsa belə, “Koroğlu” adı gələn kimi yenidən erməni müstəniqlərə qarşı çıxır və bu işdə Vəli Xuluflaya kömək etdiyini deyir:

“Vəli Xuluflu danışırdı ki, erməni Kananyan “Koroğlu”nun onlara məxsus olduğunu və çar Arşakın oğlu olduğunu “sübut etmək” istəyir. Mən də cavab verdim ki, “Koroğlu” Azərbaycanın qəhrəmanıdır və onun erməni çarının oğlu olduğunu tanımaq belə istəmir. Bu mühakimə milli zəminə keçdiyindən mən Xulufluya dedim ki, “Koroğlu” üzərində işlərimi davam etdirəcək və onun müstəqil Azərbaycanın milli qəhrəmanı olduğunu göstərəcəyəm. Xuluflu mənimlə razılaşdı və dastanın tarixi hissəsini işləməkdə mənə kömək etdi”.
Bu da son…
Erməni cəlladlarının yanında bu iki yarımcan alim onlara son zərbəni vurur. Daha sonra isə özləri qalib ədasıyla güllə qarşısına keçirlər.
1937-ci ilin 13 oktyabrında Xuluflu güllələnir. Daha sonra isə arvadı – univermaqda tikişçi işləyən Fatma xanım işdən qovulur. Evdə azyaşlı uşaqlarına verəcək çörəyin olmadığını görüb, bütün əşyalarını satır. Amma bu da uzun çəkmir. Vəlini öldürməklə ürəyi soyumayan cəlladlar onun arvadını da “vətən xaininin həyat yoldaşı” ittihamı ilə 8 il müddətinə həbs edirlər.
Amma Fatma xanım dözür. Həbsdən çıxır, uşaqlarına qovuşur. Hətta 1956-ci ildə ərinin bəraət kağızını da özü alır və sevinir ki, onun, ümumlikdə bu xalqın övladları, nəvə-nəticələri “Koroğlu” dastanını alın açıqlığı ilə oxuya biləcəklər...

Hərbi Memorial Məzarlıqda 44 metrlik abidə inşa edildi Fahişələr, cadugərlər, feministlər... - Servantesin "qadınları" “Kişiyə papaq yaraşar” – Erməni prokuror Firidun Şuşinskidən niyə qisas almışdı?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri