Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Bağışla, səni bu dünyada saxlaya bilmədim

Bağışla, səni bu dünyada saxlaya bilmədim

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Cəlal Qurbanov

O, bir məktəb idi – mərdliyin, vicdanın, sədaqətin məktəbi…

Atam Cavanşir Qurbanovun ömrü – bir ağsaqqalın hekayəsi idi.

İllərlə ailəsinə, nəsil-nəcabətinə və onu tanıyan hər bir insana dayaq olmuş bir həyat nümunəsi.

Atamın son günləri nağıl kimi idi – Sevincin, kədərin və müqəddəsliyin iç-içə keçdiyi bir nağıl…

Son dəfə başımı sığalladın, saçlarımı oxşadın…Sənin əllərini doya-doya öpdüm… Və 21 may tarixində 77 yaşında haqqın dərgahına qovuşdun…

Amma əsl ayrılıq – bir neçə gün əvvəl başlamışdı. Mayın 14-də – can verən anlarında –Atam mələklərin gətirdiyi cənnət meyvələrindən yeyirdi. O meyvələrdən birini – almanı mənə uzatdı, dımı çəkərək dedi: “Cəlal, bu da sənindir…”


Mən o almanı – o əmanəti – onun əlindən aldım. Əllərini sıxdım, sarıldım… “Atam, mənim sənə ehtiyacım var. Məni tək qoyma…” – dedim. O da əlimi sıxdı, özünə çəkdi, öpdü vəyanımda olacağına söz verdi.

Və o andan sonra – sanki möcüzə baş verdi: Atam geri döndü.

Həyata qayıtdı. Daha 6 gün bizimlə oldu – Sevgi ilə, təbəssümlə, rahatlıqla…

O son 6 gün – bizim üçün əbədiyyətin bir parçası oldu.

İstədiyi hər neməti öz əllərimizlə ona yedizdirdik. Anam, bacım, nəvələri…

Atamın dadına baxdığı hər tikə – onun üçün son sevinc, son şükür idi. Dünyanın ən xoşbəxt atası idi mənim atam – Çünki sevgi ilə yaşadı, sevgi ilə yola salındı.

Atamın sağlamlığına üç ilə yaxın böyük diqqət və qayğı göstərən – Bakı Sağlamlıq Mərkəzinin həkimi, ailəmizin doğması Zakir Quliyevə, son günlərində onun yanında doğma bacı, övlad qədər nəvazişlə dayanan Rəna xanıma və Füruzə doktora, qızı kimi qayğısına qalan tibb bacısı Lalə xanıma ailəmiz adından dərin təşəkkürümü bildirirəm.

Onların göstərdiyi şəfqət və peşəkarlıq –bizim üçün unudulmaz bir insani örnək oldu.

Onlara, atamın yanında keçirdikləri hər an üçün halallıq istəyib, onlara dualar arzulayıram.


Atamın ruhunu qidalandıran təkcə sevgi deyildi –Musiqi onun nəfəsinə güc, qəlbinə nur verirdi.

Dəyərli sənətkarımız Aybəniz Haşımova, onun “Bülbüllər” qrupu və atamın sevimli ifaçısı – övladı qədər çox sevdiyi Mirələm Mirələmov. Onların səsi atamın son nəfəsinə qədər ona can verirdi.

O müqəddəs günlərdə – Atamın ətrafında onun nəfəsi olan nəvələri var idi. Onlar babalarının əllərini tutdular, başlarını onun sinəsinə qoyub öpdülər, sarıldılar.

Babaları isə – göz yaşlarını gizlədə-gizlədə onlara ən saf, ən təmiz nəsihətlərini verdi:

“Xoşbəxt olun.Ədalətli olun! Mərhəmətli və vicdanlı olun. Başı dik yaşayın!” O, hətta son günündə belə bütün dostlarının adını çəkdi, onlarla halallaşdı.

Uzaqda olanlarla görüntülü danışdı. Sevgi dolu, barışıq içində bir vida yaşadı.

Atam – bizim uca çinarımız… Sənin varlığın bizə nəfəs, Nəsihətin – bizə yol, Baxışların – bizə güc idi.

İndi əllərini tutmasam da, nəfəsini içimdə daşıyıram. Səsini eşitməsəm də, sözlərin daim qulağımda səslənir. Səni itirsəm də – sevgin səndən sonra yaşayır!

Əmanət etdiyin sevgini, qayğını, vəsiyyətini – Bacımı qorumağı, Vicdanla yaşamağı, Sevgi ilə baxmağı son nəfəsimə qədər yaşadacam, atam.

Məkanın cənnət olsun, müdrik ağsaqqalımız – Cavanşir atam.

Sən yalnız bizim deyil, bütün nəsilin atası idin. Adınla, diqqətinlə, şəfqətinlə, varlığınla Qurbanovlar nəslinin ruhunu bəslədin.

Yaşıdlarından böyüyə də ağsaqqallıq etdin. Bu gün o isti, titrək əllərindən möhkəm tutdum.

Amma səni bu dünyada saxlaya bilmədim. Bağışla məni, atam…

Sənin kişiliyindən gələn o sarsılmaz güc, nəsihətlərin və sevgili baxışların – içimdə yaşayır. Əllərini itirdim, amma nəfəsini içimdə daşıyıram.

Səsini eşitməyəcəm, amma sözlərin qulağımda əbədi səslənəcək.

Səni itirdim, atam. Amma sevgini – heç vaxt itirməyəcəyəm.

Atamın dəfn mərasimində və onun ardınca keçirilən üç mərasimdə bizimlə birgə olan, bu ağır günlərdə ailəmizə dayaq duran hər kəsə – Atamın dostlarına, onu sevən bütün yaxınlara, qonşulara, öz dostlarıma

və ümumilikdə ailəmizin bu sınaqlı günlərində yanımızda olan hər bir insana dərin təşəkkürümü bildirirəm.

Ən başda isə –şəhid analarına, atalarına, xanımlarına və ruhən bizimlə olan bütün şəhid ailələrinə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm.

Xüsusilə də uzaq rayonlardan gələn şəhid analarına –bu yola çıxıb bizim kədərimizi paylaşan, ruhumuza sarılan o fədakar, məğrur analara və ruhən bizimlə olan bütün şəhid ailələrinə təşəkkür edirəm.

Sizlərin varlığı bizim üçün sadəcə iştirak deyildi – bu bir təsəlli idi, bir güc idi, bir dayaq idi. Allah hər birinizdən razı olsun.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 May 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri