Icma.az
close
up
RU
Bahalaşmadan və artıq xərclərdən qorunmaq üçün bunları edin Ekspert

Bahalaşmadan və artıq xərclərdən qorunmaq üçün bunları edin Ekspert

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Payızın gəlişi ilə bazarlarda qiymətlər yenidən qalxmağa başlayır. Elektrik, qaz yol xərcləri və ərzaq məhsullarının qiymət artımı ilə gündəlik həyat daha da çətinləşir. Orta gəlirli ailələr üçün büdcə balansını qorumaq getdikcə mürəkkəbləşir.

Ailələr gündəlik büdcələrini qorumaq üçün hansı strateji addımları ata bilərlər ki, bahalaşmadan az təsir görsünlər?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən İqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, ilk növbədə qeyd edim ki, bu zəncirvaridir. Nəyisə düzəltməklə, kammunalın qiymətini tənzimləməklə düzələn məsələ deyil.

G. Hüseynovanın sözlərinə görə, iqtisadi tənzimlənmə olmalıdır ki, vətəndaşların sosial rifahı da yüksələ bilsin.

Büdcəni qorumaqla bağlı Ekspert bildirib:

“Büdcənin qorunması üçün vətəndaşlar arasında maliyyə savadlılığı artırılmalıdır. Çünki bir çox ailələr gəlir və xərc balansını düzgün qura bilmirlər. Gündəlik həyatımızda da görürük ki, kreditlər, lazımsız-lazımlı xərclər artır. Ondan sonra da bataqlığa məruz qalırlar. İqtisadi və sosial, ailə problemləri yaranır.

İkinci, kreditlərin tənzimlənməsidir. Banklar kredit verə bilər, ancaq bunun qarşısının alınması gərəkdir. Hər kəs kredit götürə bilməsin. Zəruri ehtiyac hallarında təbii ki, ola bilər. Əgər hər hansısa bir məhsula ehtiyac varsa, sağlamlıqda problem varsa zəruri hallarda kreditin götürülməsi məsləhətdir. Lakin lazımsız yerə, tək maaşa ümid olaraq kredit götürmək uyğun deyil. Vətəndaş düşünməlidir ki, aldığım əşya mənim neçə aylıq maaşımın qarşılığıdır. Maksimum 6 ay müddətində olsa, başadüşüləndir. Lakin daha uzunmüddətli kreditlərin götürülməsi, (18,25,36 aylıq ipoteka və s. kreditlər) məsləhət deyil. Hər hansısa bir anda, hadisədə, işini itirdikdə və s. bu kredit necə qaytarılacaq?!
İnflyasiyanın sürəti artır, qiymətlər qalxır və bunun qarşısında vətəndaş tənzimlənmə apara biləcəkmi?!

Məsələn, telefon krediti verilir – 6000 civarında satışa çıxarılır. Düzdür, biz iqtisadçılar buna qarışa bilmərik, istəsələr 10 000-lik telefon da ala bilərlər. Lakin balans pozulanda cəmiyyətdə sosial rifahın pozulmasına səbəb olur. Ailələr dağılır, sosial şəraiti pisləşir. Ödəyə bilmədikdə pulun dövr etmə sürəti azalır. Bu təkcə vətəndaş krediti götürdü və ödəmədi məsələsi də deyil. Mağazada işçilər fəaliyyət göstərir. Onların da maaşının ödənməsi var. Ən yaxşı halda mağaza məhkəməyə müraciət edir. Bununla belə, məhkəmə və dövlət orqanlarının iş yükü artır. Yəni, pul dövr etmir, əldən-ələ dəyişmir. Hamısı bir-birinə bağlı, zəncirvari proseslərdir. Çıxış yolu odur ki, kredit məsələləri tənzimlənsin. Çünki bu məsələlər tamamilə başlı-başınadır. Banklarda tənzimlənmə olmalıdır. Çünki bugünkü depozit faizləri ən yaxşı halda qısa müddətdə 7,8 faiz təşkil edir. Lakin vətəndaşlara 18,20 faizlə təklif olunur. Aradakı fərq olduqca çoxdur. Qazanan bank uduzan vətəndaş və depozitordu. Bu da özəl sahibkarlığın zəifləməsinə səbəb olan faktorlar arasındadır. Tutaq ki, hər hansısa bir gənc iş qurmaq istəyir, ona kredit verilmir. Çünki iş təcrübəsi yoxdur. Eyni zamanda kredit faizləri çox yüksək olur.

Ailələrin büdcələrini qoruması üçün etməli olduqları nüansları sadalaya ekspert bildirib:

“Rayon və kəndlərdə biz deyə bilmərik ki, hamısı bərbad vəziyyətdədir. Müəyyən inkişaf tempinə sahib yerlər var. Təkcə paytaxt Bakıya toplamaqla, məsələ həll olunmur. Çünki əkin yox, biçin yox, heyvandarlıq yox, kənd təsərrüfatı yox…
Yəni, zəruri ehtiyac mallarını qarşılamaq üçün rayon və kənd əhalisi öz təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Çünki paytaxtda kirayələr olduqca yüksəkdir və maaşlar yüksək deyil. Bu kimi iqtisadi çətinlik məqamında, kirayədə qalaraq tamamilə kənd təsərrüfatından ayrılmağı düzgün addım hesab etmirəm”.

“Əsas məsələyə qalanda, dövlət üzərinə düşən öhdəliklər də var. Daha doğrusu biz iqtisadçıların təklifləri var. Çünki dövlət tənzimlənməsi də olmalıdır. Süni qiymət artımı yaranır, azad sahibkarlığa da dövlət müdaxilə edə bilmir. Hər il, yanvarın 1-də maaş qalxdıqda, süni şəkildə qiymətlər də artır. Düşünürəm ki, sosial paket hazırlanmalıdır. Əmək qabiliyyətli əhaliyə iş yeri vasitəsilə təklif olunmalıdır həmin sosial paketlər. Məsələn, gediş haqqı qalxdıqda, dövlət iş yerlərinə müəyyən köməklik etməlidir. Həmçinin vergi güzəştləri olunmalıdır. Xarici dövlətlərin təcrübəsində belədir. İşverənlər işçinin gedişhaqqını qarşılayır. Avropa, Almaniya, Hollandiya hətta Türkiyədə belə bu var. İşçinin ictimai nəqliyyat ödənişi və öz maşını ilə işə gəlirsə, onun yanacaq pulu ödənilir. Günorta yeməyi iş yeri tərəfindən verilir. Bizdə bunların heç biri yoxdur. Qiymətlər qaldırılmadan öncə, müəyyən sosial paketlər hazırlanmalıdır. Bunun hazırlanması əməkqabiliyyətli şəxsləri də işə cəlb edir. Çünki o, bilir ki, maaşı real sistemdə görünürsə, gələcəkdə inanır ki, yaxşı təqaüd alacaq, nəqliyyat ödənişi qarşılanır, nahar verilir. Bunlar cuzi görünə bilər, ancaq iqtisadi baxımdan olduqca səmərə təşkil edir.

Dəniz Pənahova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri