Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bahalı güllər zibillikdədir? ARAŞDIRMA

Bahalı güllər zibillikdədir? ARAŞDIRMA

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çiçəklər təbiətin insanlara bəxş etdiyi ən qiymətli hədiyyələrdən biridir. Xüsusilə bəzi çiçəklər o qədər gözəl və göz oxşayır ki, dünyanın ən bahalı çiçəklərindən birinə çevriliblər.

Çiçəklər çox vaxt bir-birini sevən insanlar üçün romantik bir hədiyyə olmuşdur. Onların kövrək və incə gözəlliyi romantika üçün mükəmməl birləşmədir. Elə 14 fevral Sevgililər Günündə alınan bəzi çiçəklər də buna bir nümunədir. Hamıya məlumdur ki, məlum gündə 100, 300, 500 və hətta 1000-2000 manat qiymətində çiçək hədiyyə edənlər az deyil. Bəs, bu nə dərəcədə doğrudur? Bir gündən ötrü solan bir çiçəyə bir ailənin 1-2 aylıq qazancı olan vəsaiti vermək düzgündürmü? Bu qədər israf olar?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

Çiçəklər təbiətin insanlara bəxş etdiyi ən qiymətli hədiyyələrdən biridir. Xüsusilə bəzi çiçəklər o qədər gözəl və göz oxşayır ki, dünyanın ən bahalı çiçəklərindən birinə çevriliblər. Çiçəklər çox vaxt bir-birini sevən insanlar üçün romantik bir hədiyyə olmuşdur. Onların kövrək və incə gözəlliyi romantika üçün mükəmməl birləşmədir.

Bəzi güllər niyə çox bahadır?

Çiçəklər nə qədər nadir və çətin tapılsa, bir o qədər bahalı olur. Bir buket güllə bir insanı heyran etmək istəyərkən çox ucuz qiymətə almaq istəmirsinizsə, aşağıda sizin üçün hazırladığımız siyahıda maliyyə məhdudiyyətlərinizi artıracaq təzə çiçək seçimlərini qeyd etdik.

Zəfəran krokus çiçəyi

Bənövşəyi çiçəkləri ilə kifayət qədər məşhur olan zəfəran krokus çiçəyi nadir növ olduğu üçün siyahının başındadır. Bir buket zəfəran çiçəyi almaq bəzi çiçəklərdən daha sərfəli görünsə də, əksər hallarda bu bitki yetişdirilərək onun çiçəyindən əldə edilən və dünyanın ən bahalı ədviyyatı olan zəfəran ədviyyatı istehsal olunur.

Atəş Laləsi

Alov zanbaqları, atəş zanbaqları və gloriosa kimi də tanınan odlu zanbaqlar zəhərli olduqları qədər də bənzərsiz və xüsusidirlər. Həm çox təmtəraqlı, həm də zərif olan çiçəkləri nadir olduğuna görə kifayət qədər bahadır.

Kinabalu qızıl səhləb

Bu çiçəyin baxımı və becərilməsi digər çiçəklərlə müqayisədə kifayət qədər çətin olduğundan, bahalı bitkilər arasında öz yerini tutmuşdur. Qırmızı nöqtələri və bəzək yaşıl yarpaqları olan kinabalu səhləbləri Malayziya Milli Parkının Səlahiyyətliləri tərəfindən becərilir. Bütün gözəlliyi ilə şöhrət qazanan bu nadir çiçəyin bir ədədinin qiyməti 6000 dollardır.

Shenzhen Nongke Orchid

Təxminən 8 il davam edən və Shenzhen Universitetinin gərgin əməyi nəticəsində əldə edilən Shenzhen Nongke Orchid, bütün xüsusiyyətləri ilə insan istehsalıdır. Laboratoriya işlərinin aparıldığı universitetin adını daşıyan bu unikal çiçək 5 ildən bir çiçək açır. Çox zəhmətdən sonra istehsal edildi və hərracda 202.000 dollara satıldı və bu, indiyə qədər satılan ən bahalı çiçək oldu.

Cülyetta Rouz

Cülyetta qızılgülü möhtəşəm görünüşü və möhtəşəm rəngi ilə onu görən hər kəsi valeh edib. Devid Ostinin təxminən 15 illik işindən sonra əldə edilən bu nadir çiçək, tam 15,8 milyon dollara satılaraq indiyə qədər hazırlanmış ən bahalı qızılgül kimi çiçək bazarını fırtına ilə ələ keçirdi.

Kaudupul Çiçəyi

Çox qısa müddət ərzində sağ qalan kaudupul çiçəyi təkcə nadirliyinə görə deyil, həm də toplanması demək olar ki, qeyri-mümkün olduğuna görə dünyanın ən bahalı gülləri siyahısında öz yerini tutub. Şri-Lankada ildə yalnız bir dəfə çiçək açır və çiçəklənəndə gecənin ən qaranlıq vaxtında çiçək açır. Sübhdən əvvəl də solmağa başlayan kaudupul o qədər qısa müddətə sağ qalır ki, onu almaq mümkün deyil.

Mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrəndik:

Səbinə Almazova: “Məncə, hər kəs öz büdcəsinə uyğun gül almalıdır. Pulun varsa bahalı gül niyədə yox?! Amma mən özüm güllərə bu qədər çox pul vermərəm”.

Nazim Əliyev: “Məncə gülə çox pul vermək mənasızdır. Onun əvəzinə ehtiyac duyulan başqa bir hədiyyə alsaq daha yaxşı olar. Mən gülə uzaqbaşı 100 manat pul verərəm”.

Tunar Əliyev: “Mən heç vaxt gülə çox pul vermərəm. Uzaqbaşı 50 manat. Ondan baha yox”.

Cavidan Ağazadə: “Xanımlar onlara alınan hər bir hədiyyəyə, daha da artığına layiqdir. Analarımız, bacılarımız çiçəklər qədər gözəldir. Düzdür, çiçəklərin qiyməti bahadır, amma xanımların sevinci qarşısında o pulu verməyə dəyər. Yalnız bayram vaxtı süni qiymət artımı vəziyyətdən istifadədən başqa bir şey deyil. Onsuz da, çiçəklərin qiyməti çox olur”.

Aytac Ali: “Əslində, bahalı gül buketlərinin alınması sevginin dəyəri ilə ölçülməməlidir. Bəziləri üçün belə jestlər romantikanın göstəricisi ola bilər, amma münasibətdə əsas olan diqqət, səmimiyyət və qarşılıqlı anlayışdır. Bu, tamamilə münasibətdən və insanın öz baxış bucağından asılıdır. Fəqət, dəyər vermək təkcə pula bağlı deyil. Bəzən bir dənə sadə çiçək və ya öz əllərinlə yazılmış məktub daha dəyərli olur, nəinki yüzlərlə manata alınmış güllər. Hər şey jestin içində olan niyyətə bağlıdır. Bəzən ən gözəl anlar sadə şeylərdə gizlidir – birlikdə gülmək, maraqlı bir söhbət, hətta adi bir gəzinti. Sevgi kommersiyaya çevrildikdə, onun mahiyyəti unudulur. Bu səbəbdən də, bir münasibətdə maddiyyatdan çox, daxili bağlar və emosional yaxınlıq önəmli olmalıdır.

İnsanlara tövsiyəm odur ki, sevgini yalnız bahalı hədiyyələrlə ölçməsinlər. Əsas olan münasibətdə səmimiyyətin və dəyərin hiss olunmasıdır. Sevgi bir günə və ya bir hədiyyəyə bağlı olmamalıdır. Onu hər gün kiçik jestlərlə, diqqətlə və anlayışla göstərmək daha önəmlidir.

Əgər hədiyyə vermək istəyirsinizsə, onun qiymətindən çox, mənasına önəm verin. Bəzən bir dəstə yabanı çiçək, əllə yazılmış məktub və ya sevdiyiniz insanın sevdiyi bir şey haqqında xatırlamağınız ən bahalı hədiyyədən də dəyərli ola bilər. Unutmayın, ən gözəl sevgi jesti qarşı tərəfi başa düşmək, onunla mənalı vaxt keçirmək və onun xoşbəxtliyini düşünməkdir. Maddi dəyər zamanla unudula bilər, amma səmimi hisslər həmişə yadda qalır”.

Röya Vahabova: “Açığı mən Sevgililər gününü 14 fevral tarixində qeyd etmirəm. Ona görə nə dərəcə bu günə obyektiv və tərəfsiz cavab verə bilərəm bundan əmin deyiləm. Amma ümumilikdə baha qiymətə alınan güllərdən danışsaq məncə sevginin ölçüsünü güllər ölçmür. İmkanı olub böyük, bahalı gül dəstəsi alan da sevir, imkanı olmayıb sadəcə bir qızılgül alan da sevir, ya da heç almayıb hər gün sevdiyini dilə gətirəndə sevir.

Elə xanım var ki, bu günü gülsüz, hədiyyəsiz keçirmək istəmir, elə xanım var, gül istəmir, diqqət istəyir. İstəklər fərqli, münasibətlər fərqlidir. Amma qarşılıqlı olaraq məsələ hər iki tərəfə maddi və mənəvi cəhətdən uyğundursa ildə bir gün də olsa almağa dəyər. Hər kəsə dəyər gördüyü, özünü gül kimi hiss etdiyi münasibət, sevgi arzu edirəm”.

Çiçəklər ən sərt mübahisələrdə belə atmosferi yumşaltmağa kömək edir və sevgiliniz üçün alınacaq ən mənalı hədiyyələrdir. Sevgiliniz üçün çiçək almaq, ona nə qədər əhəmiyyət verdiyinizi və bağınızın nə qədər yaxın olduğunu göstərir. Hədiyyə kimi çiçəklərin istifadəsi əslində eramızdan əvvələ gedib çıxır. O vaxtlar bir adam başqa birinə gül verəndə bu, onun xoşuna gəldiyinin göstəricisi idi. Zaman keçdikcə bu vərdiş həyatımızda davam etdi və çiçəklər həyatda əvəzolunmaz hədiyyə alətinə çevrildi.

Sevgiliniz üçün çiçək almağın çox fərqli mənaları var. Məsələn, kimsə ilə mübahisə edirsinizsə, hətta bir buket qızılgül də aranızdakı vəziyyəti yaxşılaşdırmağa kömək edəcək. Nümunələri çoxaltsaq, kimisə çox sevdiyinizi göstərmək üçün alınan bir qızılgül digərini xoşbəxt edər. Bu misallar davam edir və çiçəyin mənası heç vaxt dəyişmir. Gördüyünüz kimi qızılgül almaqda itki yoxdur və sevgilinizlə aranızda olan bağı gücləndirdiyi üçün sizə böyük faydalar gətirəcək.

Gül almaq üçün əslində nə vaxt, nə də yer var. Onun haqqında qeydlər yazmağa belə ehtiyac yoxdur.

Onu da əlavə etmək istərdik ki, güllərin bir çox mənası var. Bunu belə düşünün: bir gün adi həyatınıza davam edirsiniz və sevgilinizə heç vaxt gözləmədiyi bir buket gül alırsınız. İlk görüşünüzdə verdiniz və onun üzündəki ifadəyə diqqətlə baxmağınızı istəyirik. Çiçəklər digər insana bu üz ifadəsini verir.

Çiçək buketlərinin sayına, rənginə və adına görə öz mənaları var. Məsələn, siz 1001 qızılgül aldınız və bu, "Mən həmişə sizinləyəm" ifadəsinə bərabərdir. Bundan əlavə, 13 qızılgül alıb verdin, yəni səni sevirəm, amma gizlicə. Digər tərəfdən, ağ qızılgül məsumluğu, orxideya isə qüruru simvollaşdırır.

Bizim cəmiyyətdə insanlar yalnız xüsusi günlərdə güllərə üstünlük verirlər. Bu vərdişlərdən əl çəkməli, güllərin insan həyatında zəruriliyini dərk etməliyik.

Ayşən Vəli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Fevral 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see312

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see261

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see252

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see239

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see236

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see204

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see201

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see183

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see174

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see164

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see153

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see152

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see151

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see149

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see129

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see127

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see126

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see125

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see125

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri