Icma.az
close
up
RU
Bahalı məzar daşları: Monopoliya, yoxsa dəb? ARAŞDIRMA

Bahalı məzar daşları: Monopoliya, yoxsa dəb? ARAŞDIRMA

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Son dövrlərdə məzar daşlarının dizaynı ilə bağlı dəbdəbəli yanaşmaların artması müəyyən müzakirələrə səbəb olur. Bu cür məzar daşları yüksək qiymətə hazırlanır və adətən cəmiyyətin dini dəyərləri ilə uyuşmur. Digər tərəfdən standart məzar daşları həm estetik, həm də mədəni baxımdan qəbulediləndir. Standart daşların tikilməsi həm də münasib qiymətlərlə mümkündür ki, bu da insanların maddi vəziyyətini, dəfn xərclərini nəzərə aldıqda daha məqsədəuyğun hesab olunur.

Bəs Azərbaycanda məzar daşlarının ölçü və forması hansısa standartlarla tənzimlənirmi?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması qaydaları”nın Qəbirüstü tikililərə dair tələblər barədə 22-ci maddəsində qeyd edilən məsələ ilə bağlı müddəa öz əksini tapıb:

“Maddədə göstərilir ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır”.

Mövzumuzla bağlı ilahiyatçı Tural İrfan saytımıza açıqlamasında bildirib ki, uzun illərdir bu haqda təbliğat aparılır, cəmiyyət maarifləndirilir. Tövsiyyə edilir ki, insanlar israfdan qaçsın, bahalı, təmtəraqlı məzar düzəltməkdən vaz keçsin, lakin müxtəlif səbəblər buna imkan vermir:

“Birincisi mərmər inhisarçılarıdır. Hansısa böyük məmurlar İtaliyadan, Çindən bahalı mərmər gətirir və onu satmaq üçün bahalı qəbir daşlarını dəbə salıblar. Qara mərməri ilk dəfə ermənilər dəbə salıb. Müsəlmanın daşı elə olmamalıdır. Əlbəttə, Türkiyə kimi, hətta Suriya kimi standart daşlar olmalıdır. Heç bir ölkədə bizim məzarlıqlardan yoxdur. Xaotik, varlı - kasıb, harın - məzlum o saat bilinir. Bu ilk olaraq dini dəyərləri saymazlıqdır. Sən ki İslamın dediyi formada qəbir düzəltmirsənsə, onda torpağa niyə dəfn edirsən? Aparıb yandır, sonra da bir qutuda qoy rəfin bir gözünə. Torpağa dəfn edirlər ki, guya müsəlmanıq, amma üstünə də kafirlər kimi qaya, mərmər, talvar, daş yığırlar. Onda bu təzad nədir?”.

İlahiyyatçının sözlərinə görə, din xadimlərinin çoxu yalnız maddi gəlir düşündüyü üçün əsla təbliğat aparmırlar ki, bahalı daşlar haramdır, israfdır, pis ənənə və pis nümunədi:

“Bəlkə də daş gətirən böyük monapolistlərdən qorxurlar. Amma çox acınacaqlıdır durum və daha da pisə doğru gedir. Məzarlıqlarda milyardlar yatır. Bahalı, nəhəng daşları ölülərin üstünə yıxıblar. Məhşər günü onun altından betonu yarıb çıxmaq da bir ayrı məsələdir. Düzdür, Allahın əlində bu asandır, lakin insanlar sanki Allahdan qaçmaq üçün guya betonu yarmaq olmur, böyük daşı qaldırmaq olmur deyə düşünürlər. İsraf etmək Quranda haramdır. O daşların əvəzinə yol çəkmək, bulaq çəkmək, el-oba üçün xeyrli işlər görmək lazımdır. Din bunu əmr edir. Peyğəmbər özü vəsiyyət etmişdi ki, mənim qəbrimin üstünü dörd barmaqdan hündür etməyin”.

T.İrfan qeyd edib ki, bizdə standart məzar daşları ilə bağlı effektli qanun yoxdur:

“Gərək qəbul olunsun ki, bu özbaşınalıq dayansın. Hansısa məmur öz atasına böyük daş qoymaq istəyirsə, belə bunu hazırki xaotik durumda etmək doğru olmaz. Qanun şəxslərə görə deyil, ümumi xalqın və dövlətin mənafeyinə görə qəbul edilir. Hansısa məmurun qara mərməri satılsın deyə qanun qəbul etməyək? Əsla belə olmaz. Mütləq normal qanun qəbul edilib, bütün bu məzarlıq anarxiyasının qarşısı alınmalıdır. Qəbir yerlərinin alveri, dəbdəbəli qəbir daşları dərhal dayandırılmalı, standart qəbir daşları tətbiq edilməlidir”.

Məsələyə iqtisadçı ekspert Xalid Kərimli də rəy bildirib. O deyib ki, ölkədə onsuz da hər şey bahadır, məzar daşlarının da baha olması bu kontekstdə normaldır:

“Bizdə minimum əməkhaqqı 2-3 illik fasilə ilə artırılır. Bahalaşma təkcə məzar daşında deyil ki, deyək ki, bu monopoliya ilə əlaqədardır. Vətəndaşlar məzar daşını da öz cibinə uyğun hazırlatmalıdır. Burada dövlət vətəndaşın qarşısına məcburiyyət qoymayıb ki, mütləq məzar daşı qoymalısan. Azərbaycanda din dövlətdən ayrıdır deyə bu məsələlərin müzakirəsi zamanı dövlətin müdaxiləsi mümkünsüzdür”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Fevral 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri