Icma.az
close
up
RU
Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir

Bahalı klinikalar və çarəsiz xəstələr: Qiyməti dövlət tənzimləməlidir

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Əməliyyata hazırlıq tibbi prosedurların vacib mərhələlərindən biridir.

Lakin Azərbaycanda əməliyyata hazırlıq çox vaxt tövsiyələrlə kifayətlənir. Halbuki xəstələr əməliyyatdan bir gün əvvəl xəstəxanaya yerləşdirilərək tibbi nəzarət altında saxlanılmalıdırlar. Bu, bir çox ölkələrdə belədir. Bizdə isə pasiyent sadəcə qeyd olunan saatda xəstəxanaya gəlir və əməliyyat olunur. Bu zaman xəstə ev şəraitində ona verilən təlimatlara əməl etməyə bilir və nəticədə problemlər yaranır. Əməliyyatdan əvvəl bir gün xəstəxanada qalmaq baha başa gəldiyindən, xəstələr bu xidmətdən imtina edirlər. Lakin yatış qiymətləri daha uyğun olsa və ümumi əməliyyat xərclərinə daxil edilsə, bu cür problemlərin qarşısı alınar. Özəl xəstəxanalar isə çox baha xidmət göstərir. 

Aydındır ki, qiymətləri Tarif Şurası müəyyən etmir. Burada bir tənzimləmə prinsipi olmalıdır. Məsələn, apendisit əməliyyatının maksimum qiyməti müəyyən məbləği keçməməlidir və s. Dövlət bu cür tənzimləmə ilə həm vətəndaşı qoruyar, həm də öz üzərindəki yükü azaldar. Çünki elə xəstələr var ki, dövlət xəstəxanasında uzun növbəyə düşdüyü üçün əlindəki imkanla özəl xəstəxanada müalicə almaq istəyir. Qiymətlər müəyyən çərçivədə və əlçatan olsa, dövlət xəstəxanalarına yük düşməz. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibbi  ekspert, terapevt Rasif Bağırov bildirib ki, dövlət xəstəxanalarında xəstələrin müalicəsi hazırda əsasən təcili və planlı şəkildə həyata keçirilir. 

Onun sözlərinə görə, əməliyyatdan bir gün əvvəl xəstənin xəstəxanaya yerləşdirilməsi adətən mümkün olmur:

“Təcili gələn xəstələrə dərhal analizlər təyin olunur və vəziyyətin təxirəsalınmazlığı nəzərə alınaraq eyni gün əməliyyat aparılır. Bu, xüsusi haldır. Biri də var planlı xəstələr. Planlı əməliyyat üçün müraciət edən xəstələr növbəyə götürülür və prosedur bu əsasla icra olunur. Dövlət xəstəxanalarında qiymətlərin müəyyənləşdirilməsi İcbari Tibbi Sığorta vasitəsilə həyata keçirilir. Bu səbəbdən həkimə əlavə ödəniş edilməsi və s. hallar olmur. Yəni İcbari Tibbi Sığorta hansı qiyməti müəyyən edibsə, müalicə həmin məbləğ əsasında icra olunur. Dövlət klinikalarında  belədir. 

Amma bir gün əvvəl xəstənin xəstəxanaya yerləşdirilməsi adətən mümkün olmur, çünki dövlət xəstəxanalarında növbə kifayət qədər çoxdur. Buna görə analizlər və ilkin müayinələr poliklinika şəraitində həyata keçirilir. Əməliyyata bir gün qalmış xəstə xəstəxanaya çağırılır və ertəsi gün əməliyyat edilir”.

Rasif Bağırov qeyd edib ki, özəl klinikalarda qiymətlər birbaşa müəssisə rəhbərliyi tərəfindən müəyyənləşdirilir və bu prosesə dövlət müdaxilə etmir:

“Özəl klinikalarda  tamamilə fərqli vəziyyət var. Burada qiymətlər klinikanın rəhbərliyi tərəfindən müəyyənləşdirilir və dövlət buna müdaxilə etmir. Özəl klinikalarda əməliyyatdan bir neçə gün əvvəl xəstənin xəstəxanada yatması tələb olunduqda, bu, xəstəyə əlavə maliyyə yükü yaradır. Çünki bir neçə günlük yatışın qiyməti bəzən əməliyyatın qiyməti ilə eyni olur. Halbuki yatış qiymətini elə baha olmamalıdır. Bu müddətdə xəstəyə yalnız çarpayı və otaq təmin olunur, başqa xüsusi tibbi xidmət göstərilmir.

Əzəl klinikalarda növbə problemi yoxdur. Buna görə də burada qiymətlərin ya aşağı salınması, ya da bu xərclərin əməliyyat prosedurunun tərkibinə daxil edilməsi daha məqsədəuyğun olardı. Təəssüf ki, burada da təcili əməliyyatlara nadir hallarda rast gəlinir. Bu hallar əsasən kəllə-beyin travmaları və yol-nəqliyyat hadisələri zamanı baş verir. Belə vəziyyətlərdə özəl klinikalarda da təcili əməliyyat aparılır”.

Tibbi ekspert vurğulayıb ki, əməliyyata qədər xəstənin həkim nəzarətində qalması daha məqsədəuyğundur:

“Planlı əməliyyatlarda isə vəziyyət fərqlidir. Bu xəstələrin demək olar ki, bütün müayinələri ambulator, yəni evdə qalmaqla həyata keçirilir. Çünki xəstələrin maddi imkanları bir neçə gün əvvəldən xəstəxanada qalmağa imkan vermir. Xarici ölkələrdə isə sığorta sistemi xəstəyə əməliyyatdan əvvəl bir neçə gün xəstəxanada qalmağa şərait yaradır və bütün xərcləri qarşılayır.

Bizdə isə maddi imkanlar olmadığından, məcbur olurlar ki, həmin prosedur ev şəraitində olur və xəstə əməliyyat günü hazır sənədlərlə xəstəxanaya gəlir. Əlbəttə, bunlar bir qədər uyğunsuz olan şeylərdir. Daha məqsədəuyğun olanı odur ki, xəstə əməliyyata qədər həkim nəzarətində olsun. Bu, pasiyentin təhlükəsizliyi baxımından daha effektiv olar. Lakin reallıqda bu, hər zaman mümkün olmur”.

Əfsanə Rəcəb
“Cebheinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 İyul 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri