Bahar Muradova məişət zorakılığına məruz qalanların sayını açıqladı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.
O bildirib ki, "116111 Qadın və Uşaq Dəstək Xətti"nə daxil olan müraciətlərin 649-u gender əsaslı zorakılıqla bağlı olub:
"Baş Prokurorluğun məlumatına əsasən, cari ilin doqquz ayında məişət zorakılığı ilə bağlı cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb, 906 qadın xəsarət alıb, 23 qadın həyatını itirib. Bu göstəricilər yalnız statistika olmayıb, müdafiəyə ehtiyacı olan insanların, vaxtında müdaxilə edilmədikdə ağır nəticələrlə üzləşə biləcək ailələrin və uşaqların mövcudluğunu bizə xatırladır".
Komitə sədri qeyd edib ki, hər bir müraciətin arxasında insan taleyi dayanır və qurumun fəaliyyətinin nəticəsi həmin insanların təhlükəsizliyinin, hüquqlarının bərpasının və gələcəyə inamının təmin edilməsində ifadə olunmalıdır:
"Məhz buna görə də diqqətimiz qanunvericilikdə yaradılmış imkanların davamlı və real müdafiə nəticələrinə çevrilməsinə yönəlməlidir. Zorakılıq hallarının vaxtında aşkarlanması, risklərin düzgün qiymətləndirilməsi, mühafizə orderlərinin effektiv icrası, zərərçəkmiş şəxslərin təhlükəsiz sığınacaq, hüquqi və psixoloji yardımla təmin olunması, uşaqların reabilitasiyası, xüsusilə regionlarda sosial xidmətlərin əlçatanlığının artırılması bu işin əsas istiqamətləridir".
B.Muradova əlavə edib ki, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də gender əsaslı zorakılığın qarşısının alınmaslnda fəal iştirak etməlidirlər:
"Hüquq-mühafizə və prokurorluq orqanlarının operativ müdaxiləsi də əhəmiyyətlidir. Məhkəmə sisteminin ədalətli və effektiv qərarları, icra qurumlarının mühafizə orderlərinin icrasına nəzarəti, sosial xidmətlərin təhlükəsiz müdafiə və reabilitasiya imkanları, təhsil müəssisələrinin profilaktik və maarifləndirici fəaliyyəti, medianın məsuliyyətli yanaşması, vətəndaş cəmiyyətinin təşəbbüsləri və beynəlxalq təşkilatların təcrübəsi bir-birini tamamlamalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 25 Noyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















