Icma.az
close
up
RU
Bahar Muradova: Qadınların iqlim fəaliyyətində liderliyi və iştirak imkanları artırılmalıdır

Bahar Muradova: Qadınların iqlim fəaliyyətində liderliyi və iştirak imkanları artırılmalıdır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

Qadınların iqlim fəaliyyətində liderliyinin və iştirak imkanlarının artırılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

O deyib ki, Azərbaycanda qadınların iqlim fəaliyyətində iştirakını gücləndirmək üçün konkret addımlar atılır: “Əvvəllər bu sahəyə ictimaiyyətin diqqəti kifayət qədər cəlb olunmamışdı və qadınların iqlim fəaliyyətində rolu barədə məlumatları məhdud idi. Lakin son illərdə komitələrin, panel və fəaliyyət qruplarının tərkibində qadınların iştirakı artıb. Bu da göstərir ki, Azərbaycan qadınların iqlim fəaliyyətinə aktiv cəlb olunması istiqamətində mühüm addımlar atıb və gələcəkdə də bu proses davam etdirilməlidir”.

Komitə sədri vurğulayıb ki, qadınların liderliyi yalnız panel çıxışları və təşkilatçılıq fəaliyyəti ilə məhdudlaşmır. Qadınlar, həmçinin digər qadınların marağını artırır, onları bu proseslərdə iştirak etməyə və qərar qəbuletmədə aktiv rol almağa təşviq edirlər:”İqlim dəyişikliyinin təsirlərindən ən çox zərər çəkənlər qadınlar və uşaqlardır. Qadınlar ailədən başlayaraq, ev və məişət məsələlərində, uşaqların tərbiyəsində iqlimlə bağlı düzgün davranış və maarifləndirmə işini həyata keçirirlər. Məsələn, su və enerji istifadəsi, qida israfının qarşısının alınması kimi məsələlərdə qadınların bilik və təşəbbüsləri cəmiyyətin daha geniş hissəsinə təsir göstərir. Əgər bu iş evlərdən başlayarsa, ümumilikdə ətraf mühiti və dünyanı qorumaq daha səmərəli olar”.

Bahar Muradova əlavə edib ki, qadınların iqlim siyasəti və qərar qəbuletmə prosesində iştirakını artırmaq, onları fəaliyyət qruplarında, panel çıxışlarında və lider mövqelərdə görmək Azərbaycanın davamlı inkişaf strategiyasının ayrılmaz hissəsidir. Qadınların bu prosesdə iştirakının artırılması həm də gender bərabərliyinin möhkəmlənməsinə xidmət edir və onların liderliyini gücləndirir. “Azərbaycan qadınların iqlim fəaliyyətində daha yaxından iştirakını təmin etmək üçün geniş maarifləndirmə və təlim proqramları həyata keçirir. Biz qadınların yalnız iştirakçı deyil, həm də qərar qəbul edən, lider və təşkilatçı olmalarını təmin etməliyik. Bu isə qadınların öz təşəbbüsü və iştirak səylərindən də çox asılıdır”, - deyə komitə sədri diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see177

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri