Icma.az
close
up
RU
Bahar Muradova: Uşaq hüquqlarına dair yeni fəaliyyət planı gələcək nəslin sağlam inkişafına töhfə verəcək

Bahar Muradova: Uşaq hüquqlarına dair yeni fəaliyyət planı gələcək nəslin sağlam inkişafına töhfə verəcək

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı” hazırlanarkən milli dəyərlərlə beynəlxalq öhdəliklərin uzlaşdırılması gələcək nəslin təhlükəsiz və sağlam inkişafına töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofi Kiladze ilə görüşündə deyib. O qeyd edib ki, qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanması zamanı beynəlxalq təcrübə və dəstək mühüm əhəmiyyətlidir.

O, ekspertlərin dövlət qurumları, o cümlədən Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə birgə keçiriləcək görüşlərinə diqqət çəkərək bildirib ki, uşaqların iştirakı ilə sənədin hazırlanması onların öz hüquqlarına dair fikir bildirməsi baxımından önəmlidir və prosesə daha obyektiv yanaşmanı təmin edəcək.

Görüş zamanı ekspert Sofi Kiladze uşaq məsələləri üzrə fəaliyyət planının hazırlanmasında beynəlxalq tövsiyələrin nəzərə alınmasının, eləcə də real və həyata keçirilə bilən hədəflərin müəyyən edilməsinin uğurlu nəticələrə yol açacağına inandığını bildirib. Ekspert milli-mənəvi dəyərlərin nəzərə alınmasının və ümumi məqsəd ətrafında mövqelərin uzlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafına diqqət çəkən Sofi Kiladze, bu sahədə etik və hüquqi məsələlərin, xüsusilə də fərdi məlumatların qorunmasının önəmini qeyd edib. O əlavə edib ki, süni intellekt təkcə risklər deyil, həm də təhsil sahəsində bütün uşaqlara bərabər bilik və imkanlar təqdim etmək baxımından yeni fürsətlər yaradır. O, həmçinin bu sahədə hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində uğurlu fəaliyyətdən bəhs edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyul 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see310

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see185

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see180

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see163

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see158

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see156

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see151

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see140

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see139

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see138

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see133

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see132

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see130

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see128

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see125

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see125

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see124

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see122

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see121

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri