Icma.az
close
up
RU
Bahar Muradova: Uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanmasında beynəlxalq təcrübə mühüm əhəmiyyət daşıyır

Bahar Muradova: Uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanmasında beynəlxalq təcrübə mühüm əhəmiyyət daşıyır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 7 iyul, AZƏRTAC

İyulun 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofi Kiladze arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planı”nın müzakirəsinə həsr olunmuş görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, B.Muradova qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi və uşaq məsələlərinə dair fəaliyyət planının hazırlanması zamanı beynəlxalq təcrübənin və dəstəyin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Peşəkar mütəxəssislərin tövsiyələrinin sənədin hazırlanması prosesinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib. Komitə sədri sənədin hazırlanması zamanı milli dəyərlərlə beynəlxalq öhdəliklərin uzlaşdırılmasının gələcək nəslin təhlükəsiz və sağlam inkişafına töhfə verəcəyini bildirib.

O, ekspertlərin dövlət qurumları, o cümlədən Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə birgə keçiriləcək görüşlərinə diqqət çəkərək deyib ki, uşaqların iştirakı ilə sənədin hazırlanması onların öz hüquqlarına dair fikir bildirmələri baxımından önəmlidir və prosesə daha obyektiv yanaşmanı təmin edəcək.

Ekspert Sofi Kiladze uşaq məsələləri üzrə fəaliyyət planının hazırlanmasında beynəlxalq tövsiyələrin nəzərə alınmasının, eləcə də real və həyata keçirilə bilən hədəflərin müəyyən edilməsinin uğurlu nəticələrə yol açacağına inandığını bildirib. Ekspert milli-mənəvi dəyərlərin nəzərə alınmasının və ümumi məqsəd ətrafında mövqelərin uzlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafına diqqət çəkən Sofi Kiladze bu sahədə etik və hüquqi məsələlərin, xüsusilə də fərdi məlumatların qorunmasının önəmini qeyd edib. O əlavə edib ki, süni intellekt təkcə risklər deyil, həm də təhsil sahəsində bütün uşaqlara bərabər bilik və imkanlar təqdim etmək baxımından yeni fürsətlər yaradır. Ekspert, həmçinin bu sahədə hökumət, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində uğurlu fəaliyyətdən bəhs edib.

Görüşdə yerli ekspert qismində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova da iştirak edib. Tərəflər ortaq dəyərlərə əsaslanan davamlı əməkdaşlığın inkişaf etdirilməsinin regionda sabitlik və sosial rifah üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see286

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see227

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see160

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see146

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see142

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see140

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see136

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see130

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see127

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see127

Azərbaycana gələn erməni nümayəndələr Bakını gəzdilər Fotolar

22 Noyabr 2025 17:43see127

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see126

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see126

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see125

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see124

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see124

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri