Icma.az
close
up
RU
Bahar nənənin baharın astanasında “şah toyu”

Bahar nənənin baharın astanasında “şah toyu”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Oxuculara təqdim etdiyimiz xoşbəxt cütlük – 75 illik birgə ailə həyatı “şah toyu” ilə qeyd olunan – 98 yaşlı Zülfüqar baba və 95 yaşlı Bahar nənədir. Övladları və nəvələri Bakıdakı şadlıq saraylarından birində düzənlədikləri bu toyla onlara əsl sürpriz ediblər. Özü də Qərbi Azərbaycan adət-ənənələri ilə...

Zülfüqar baba və 95 yaşlı Bahar nənə əslən Qərbi Azərbaycanın, Göyçə mahalının Böyük Qarakilsə rayonunun Hallavar kəndindən məcburi köçkün kimi Şabranın Zeyvə kəndinə pənah gətiriblər. Həyatın sınaqları onları və balalarını ruhdan salmayıb, heç bir çətinliyə baş əyməyiblər. Onların “şah toyu” isə boşanmaların artdığı bir vaxtda gənc ailələr üçün gözəl bir ibrət dərsi və örnəkdir.

Zülfüqar kişi “XQ”yə müsahibəsində dedi ki, 1988-ci ildə ermənilərin vandallığı səbəbindən məcburi qaçaq düşərək əvvəlcə Nabranda, daha sonra isə Şabranda məskunlaşıblar: “Bizə çox vaxt Qaçaq Nəbi ilə Həcərin həyatını yaşayan cütlük də deyirlər. Eşmə bığlarıma işarə ilə (əlini bığına çəkərək gülür). Zeyvədə təsərrüfatla məşğul oluruq, qazancımız, əsasən, maldarlıqdandır. Həm də dövlət vaxtlı-vaxtında pensiyamızı verir. Qısa müddətə yerli camaatla qaynayıb-qarışmışıq. Həyat yoldaşımdan da razıyam və onu çox sevirəm. Göydə Allahın, yerdə isə Baharın sayəsində mən hələ indiyə kimi həkim nədir – bilmirəm, getməmişəm. Mən dağ yerində yaşaya bilərəm, düzənlik mənim ruhuma uyğun gəlmir. Ona görə də Nabrandan Şabrana köçməli olduq”.

Zülfiqar baba onlar üçün doğmalarının təşkil etdiyi “şah toyu”ndan da danışdı. Dedi ki, yalvar-yaxarla onları şəhərə qonaq gətirib, geyindirib birbaşa şadlıq evinə aparıblar: “Cah-cəlalı sevməsəm də, nə yalan deyim, balalarımın bu təşəbbüsünə çox sevindim. Toya kəndlilərimi, yaxınları, aşıqları, müğənniləri, musiqiçiləri də çağırmışdılar. Bakıdan yenicə Şabrana qayıtmışıq”.

“Şah toyu”nun bəyinin ən böyük arzusunun yoldaşı ilə birgə doğulduqları Hollavara qayıdıb, orada yaşamaqdır. Qayıdacaqları günü də səbirsizliklə gözləyirlər.

Bahar xanım ömür-gün yoldaşını çox sevdiyini dedi, xatirələrə daldı, törəmələrindən həvəslə danışdı: “Bizim 3 oğlan, 7 qız olmaqla, 10 övladımız, 50 nəvəmiz və 35 nəticəmiz var. Onlar tez-tez Zeyvəyə gəlib bizə baş çəkir, hal-əhvalımızla maraqlanırlar. Bizi təkidlə şəhərə – öz evlərinə aparmaq istəsələr də, getmirik. Bizimki kənddir, elə Zeyvə kəndi. Gözlərim də görür, işləyə də bilirəm. İnəkləri eydirmə deyə-deyə özüm sağıram. Amma burada halımız yaxşı olsa da, Hollavar kəndi yadımdan çıxmır ki, çıxmır. O torpaqların həsrəti ilə bu dünyadan köçmək istəmirəm. İnşallah bu arzuma da çataram”.

Ramazan sevinclərinə qarışan bu gözəl bahar günündə Bahar nənəni və 7 qızı ilə gəlinlərini, qız nəvə-nəticələrini 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdik, sağlam və şən həyat, bir də tezliklə dogma Hallavara qayıtmağı arzuladıq. Axırda isə Bahar nənə ilə Zülfüqar babadan bu bayram günü gənc xanımlara və onların həyat yoldaşlarına hansı öyüd-nəsihəti vermək istədiyini soruşduq. Yubilyar cütlük gənclərə tövsiyə ilə bildirdilər ki, əsas ailə xoşbəxtliyidir, bu müqəddəs ocağı qoruyub saxlamaq lazımdır.

Rizvan FİKRƏTOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri