Icma.az
close
up
RU
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib Fotolar

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bakcell”in baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks etdirən “PwC illik CEO sorğusu”nda iştirak edib.

“PwC Azərbaycan” nümayəndələri ilə müsahibə zamanı Klaus Müller ölkədə sürətlənən rəqəmsal və texnoloji inkişafın tendensiyaları ilə bağlı fikirlərini bölüşüb. O, innovasiyanın telekommunikasiya və texnologiya sənayesini dəyişdirən gücünü, süni intellektin genişlənən tətbiq sahələrini və qlobal trendlərin yaratdığı yeni imkanları vurğulayıb. Klaus Müller davamlı yenilənən texnoloji mühitə çevik adaptasiyanın və gələcəyə yönəlmiş milli ekosistemin formalaşmasında sahələrarası əməkdaşlığın vacibliyini diqqətə çatdırıb. 

"İnnovasiya və süni intellekt “Bakcell”in inkişaf strategiyasının əsasını təşkil edir. Bu istiqamətdə görülən ardıcıl və strateji işlər vasitəsilə biz məhsul və xidmətlərimizdə tətbiq etdiyimiz yeniliklərlə yanaşı, Azərbaycanın rəqəmsal gələcəyinin qurulmasına töhfə verməyi hədəfləyirik.” - deyə Müller bildirib.

“PwC Qlobal” tərəfindən keçirilən sorğu ölkələr üzrə aparıcı şirkət rəhbərlərinin iqtisadi vəziyyət, dayanıqlılıq, texnoloji inkişaf və gələcək perspektivlərə dair mövqelərini əhatə edir. 2024-cü ildə 109 ölkədən 4701 şirkət rəhbərlərinin iştirak etdiyi sorğunun nəticələri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təqdim olunub. 2025-ci ilin sorğusunda xüsusilə, rəqəmsal transformasiya, süni intellektin təsiri və dayanıqlı inkişaf məsələləri ön plana çıxarılıb.

"Bakcell" haqqında

"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 İyun 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri