Icma.az
close
up
RU
“Bakcell” Ümumdünya Autizm Ayı çərçivəsində “Kaşalata”da görüş keçirdi

“Bakcell” Ümumdünya Autizm Ayı çərçivəsində “Kaşalata”da görüş keçirdi

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

İnnovasiya lideri “Bakcell” Ümumdünya Autizm Maarifləndirmə Ayı çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsis edilən “Kaşalata” kafedə “İnklüzivlikdə İnnovativ Həllər” adlı görüş təşkil edib.

Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyi olan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, bu istiqamətdə tətbiq olunan innovativ həlləri və real təcrübələri müzakirə etmək olub. Görüşdə dövlət və özəl sektor nümayəndələri daxil olmaqla, ümumilikdə 30-dan çox qonaq iştirak edib.

Tədbir çərçivəsində inklüziv cəmiyyətin formalaşdırılmasına yönəlmiş müasir yanaşmalar, məşğulluq və təhsil imkanlarının genişləndirilməsi, həmçinin sosial sahibkarlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilən müzakirədə millət vəkili Nigar Arpadarai, AZAL-ın İnsan Resursları idarəsinin rəhbəri Ellada Alışova və “Bakcell”in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış ediblər.

Tədbirdə iştirak edən uşaqlar virtual reallıq (VR) texnologiyası ilə hazırlanmış oyunları sınaqdan keçirib, eyni zamanda öz rəsm əsərlərini sərgiləyərək yaradıcılıqlarını nümayiş etdiriblər. Bu yanaşma inklüziv mühitdə texnologiyanın və yaradıcılığın necə birləşə biləcəyini praktiki şəkildə göstərib.

“Bakcell” inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyası çərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabər imkanların yaradılmasını və inklüziv yanaşmaların genişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyata keçirir. Şirkət texnologiya və sosial təşəbbüsləri bir araya gətirərək cəmiyyətin dayanıqlı inkişafına töhfə verməyə davam edir.

“Birgə və Sağlam” İctimai Birliyi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir, autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyata keçirir. Birliyin təşəbbüsü ilə yaradılmış Kaşalata kafe isə neyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən önəmli sosial platformalardan biridir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan “Bakcell” süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri