Bakda mal əti niyə bahalaşıb? VİDEO
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dana ətinin kiloqramı Bakıda 19 manat, Beyləqanda 17 manat, Bərdədə isə 17 manat 50 qəpiyə satılır. Beləliklə, paytaxtda qiymət bu iki rayonla müqayisədə 1 manat 50 qəpik - 2 manat yüksəkdir. Bərdədə fəaliyyət göstərən qəssab deyir ki, ümumilikdə ətin yerindən alış qiymətləri artsa da, alıcılara gündəlik satışları azalıb.
Modern.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, Bakıdakı qəssabların sözlərinə görə, bölgədən gətirilən ətin üzərinə daşınma və satış xərcləri də əlavə olunur. Onlar bildirirlər ki, əvvəl təxminən bir manat olan qiymət fərqi indi bəzi rayonlarla müqayisədə iki manata çatır.
Quzu ətində də bölgə ilə paytaxt arasında qiymət fərqi var. Bölgədə fəaliyyət göstərən qəssablar deyirlər ki, heyvanın çəkisi və yaşı da qiymətə təsir edir.
Bakıda isə 15-17 kiloqramlıq quzuların ətinin bir kiloqramı 21 manata təklif olunur. Əmlik quzuların əti isə daha baha satılır.
Bölgələrdə fəaliyyət göstərən qəssablar ətin qiymətinin son aylar mütəmadi artdığını bildirirlər. Bu artımın davam edəcəyini düşünənlər də var.
Baxış sayı:77
Bu xəbər 12 Oktyabr 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















