Icma.az
close
up
RU
Bakı “1941 1945 ci illər. Əmək şöhrəti şəhəri” fəxri adına layiq görüləcək namizəd şəhərlər siyahısına daxil edilib

Bakı “1941 1945 ci illər. Əmək şöhrəti şəhəri” fəxri adına layiq görüləcək namizəd şəhərlər siyahısına daxil edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 23 aprel, AZƏRTAC

Bakı Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin təşəbbüsü çərçivəsində təsis olunan “1941-1945-ci illər. Əmək şöhrəti şəhəri” fəxri adına layiq görüləcək namizəd şəhərlər siyahısına daxil edilib.

Bu barədə AZƏRTAC-a MDB-nin Baş katibi Sergey Lebedev məlumat verib.

Onun sözlərinə görə, bu günədək Birlik üzvü olan yeddi ölkə öz namizədliyini irəli sürüb. Artıq namizədliklərə MDB Xarici İşlər Nazirləri Şurası və Humanitar Əməkdaşlıq Şurası tərəfindən baxılaraq təsdiq edilib. Yekun qərar MDB Dövlət Başçıları Şurasının iclasında veriləcək.

Baş katibin sözlərinə görə, “Əmək şöhrəti şəhəri” statusunun təsis edilməsi MDB şəhərlərinin İkinci Dünya müharibəsində Qələbəyə töhfəsini əbədiləşdirmək istəyi ilə bağlıdır. O, cəbhəyə göndərilən hərbi, sənaye və insan resurslarının böyük rol oynadığını və bunun tarixi yaddaşda öz əksini tapmalı olduğunu vurğulayıb.

S.Lebedev Azərbaycanın töhfəsini xüsusi qeyd edərək vurğulayıb ki, müharibə illərində respublika cəbhəni təkcə neft məhsulları deyil, həm də ərzaq, geyim, dərman və hərbi texnika ilə təmin edib. “Bütün Birlik ölkələri Azərbaycanın ümumi Qələbədə oynadığı mühüm rolu bilir, bunu bütün xalqlar xatırlayır”, -deyə o qeyd edib. MDB-nin Baş katibi əmin olduğunu bildirib ki, Birlik dövlətləri Bakının fəxri ada namizədliyini dəstəkləyəcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri