Icma.az
close
up
RU
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025”ə həsr olunmuş mətbuat konfransı keçirilib

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə 5-11 dekabr tarixlərində paytaxtımızda keçiriləcək “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə - 2025”ə həsr edilən mətbuat konfransı təşkil olunub.

Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova festivalın yalnız mədəniyyət bayramı olmadığını, eyni zamanda yaradıcı sənayelərin inkişafı, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm platforma olduğunu bildirib. 

Qeyd edilib ki, festival ölkəmizin multikultural dəyərlərini, mədəni müxtəlifliyi və tolerantlıq ənənələrini dünyaya təqdim edən əhəmiyyətli nümunədir.

“Festivalda 5 minə yaxın ziyarətçinin iştirakı gözlənilir. Bu, tədbirin geniş ictimai maraq doğurduğunu, həmçinin Azərbaycanın yaradıcı sənayelər üzrə regional mərkəzə çevrilmək potensialını nümayiş etdirir”, – deyə Səadət Yusifova vurğulayıb.

İƏT baş katibinin humanitar, mədəni, sosial və ailə işləri üzrə köməkçisi Tariq Ali Bakheet çıxışında Azərbaycan Respublikasının həmrəyliyə, əməkdaşlığa və mədəni mübadiləyə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib. Deyib ki, Azərbaycan bütün İƏT üzv dövlətləri tərəfindən böyük rəğbətlə qarşılanan təşəbbüslərə daim fəal şəkildə qoşulur.

İƏT Katibliyində Mədəniyyət idarəsinin direktoru əl-Hüseyn Gəzvi festivalın mədəni müxtəlifliyimizin, ortaq irsimizin zənginliyinin və İslam dünyasında həmrəyliyin təntənəsi olduğunu vurğulayıb.

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov bildirib ki, festival çərçivəsində MYS forumu, kino sərgisi, həmçinin İƏT-ə daxil olan ölkələrin “Yaradıcı Kənd” sərgisi təşkil olunacaq. O qeyd edib ki, tədbir böyük maraq doğurub və artıq digər ölkələrdən də Bakıya ziyarətçilər gəlir.

R.Əzizov bildirib ki, bir həftə ərzində çox zəngin proqram planlaşdırılır: kino festivalı çərçivəsində bir sıra ölkələrin Nizami Kino Mərkəzində film nümayişləri keçiriləcək. Qeyd edək ki, festival 50-dək ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət və yaradıcı sənaye ekspertlərini bir araya gətirəcək. Bu isə İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və Yaradıcı Sənayelər Forumu” (MYFORUM), “Creative Village: Mədəni və Yaradıcı Sənayelər Sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq Moda Nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələrini əhatə edən müxtəlif mədəni layihələr həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri