Icma.az
close
up
RU
Bakı Apellyasiya Məhkəməsindən qaziyə qarşı “VİCDAN TERRORU”

Bakı Apellyasiya Məhkəməsindən qaziyə qarşı “VİCDAN TERRORU”

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Rafael Eyvazov və dəstəsinin qeyri-prosessual hakimliyinə qiymət veriləcəkmi?

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun bu sətirlərin yazarı 1-ci dərəcəli Qarabağ əlili-qazisinə qarşı qeyri-prosessual  məhkəmə davasının kənardan sifarişdən qaynaqlanması bir yana, vicdansız davranışa, özbaşınalığa, yüksək HAKİM A(N)DININ 3-5 manata qurban edilməsinə  qiymət verilməməsi Məhkəmə Hüquq Şurasının (MHŞ) da oyuncaq qurum olduğu fikrini formalaşdırıb. MHŞ-nın bir ilə yaxındır şikayətlərə baxmaması Qarabağ qazisinə qarşı “VİCDAN TERRORU”nun sürdürülməsinə nədən olub. Halbuki hakimlər haqqında intizam icraatının başlanılmasına səbəblər sırasında fiziki və hüquqi şəxslərin şikayətləri və mediada dərc olunmuş məlumatlar öndə gedir.

MHŞ-nın hərəkətsizliyinə baxın, DİN, Bakı şəhər Baş Polis İdarəsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun qanunazidd hərəkətlərindən şikayəti araşdırmağı  Yasamal RPİ-yə tapşırıb, baş prokurorluq ali dövlət hakimiyyəti orqanları kimi MHŞ-yə müraciət edib, amma MHŞ vəzifəsini icra etmir. Ona görə də Bakı AM-in yataqda 1-ci dərəcəli Qarabağ əlilini məhkəməyə müraciətinə görə 400 manat (Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə), kassasiya şikayəti vermək üçün vəkillə təminatına ərizə verdiyinə görə 100 manat (Fuad Abdıyev, Cəmilə Musayeva, Fuad Babayev) “VİCDAN CƏRİMƏLƏRİ” sürür.  Biz hələ sədri İlham Kərimli ( Bakı Apellyasiya Məhkəməsinin keçmiş hakimi) olan Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyevanın (VÖEN 1400028632) hakimə etiraza görə 300 manatlıq “cərimə bazarlığı”nı demirik. Özü də toplam 800 manatlıq cərimə özbaşınalığı, vicdansız davranış faktı anında icra sənədi verməklə gecə ilə icraata yönəldilib. QARABAĞ QAZİSİNİN XEYRİNƏ ÇIXARILAN 10 (!) MƏHKƏMƏ QƏRARININ İCRASI İSƏ NƏİNKİ TƏMİN OLUNUR, HEÇ 17 İLDİR İCRAYA BELƏ YÖNƏLDİLMİR; HEÇ TƏLƏBKAR QARABAĞ QAZİSİNİN ƏRİZƏLƏRİ QƏBUL BELƏ EDİLMİR, ƏRİZƏLƏR MÜMKÜNSÜZ, YOLVERİLMƏZ SAYILIR!(?) Bu da hamının qanun və məhkəmə qarşısında bərabərliyi, ədalətli məhkəmə araşdırması hüquq və azadlığı!

Bakı AM-in “vicdan terroru”nun məhkəməyə müraciətinə-iddia ərizəsi verdiyinə görə (?) başlanılması da absurddur və ərizəçi Qarabağ qazisini şantajla konstitusion məhkəmə təminatı hüququndan çəkindirmək amacı ilə edilib. Ən başlıcası, axı apellyasiya instansiyasına iddia ərizəsi verilmir! Eyni zamanda birinci instansiyaya da iddia ərizəsi yox, Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 14-cü bəndinin 2-ci cümləsinə əsasən hərbi hissələrin, hospitalların, hərbi komissarlıqların verdiyi DÖYÜŞLƏRDƏ YARALANMA, MÜALİCƏDƏ OLMA VƏ S. barədə ARAYIŞLARIN, BİLDİRİŞLƏRİN VƏ DİGƏR SƏNƏDLƏRİN ŞƏXSƏ MƏXSUS OLMASI FAKTININ müəyyən edilməsinə ƏRİZƏ verilib.  Məhkəmələr Ali Məhkəmənin Plenumunun formalaşdırdığı vahid məhkəmə təcrübəsini yox, kənardan sifarişi, inzibati məhkəmənin iddianın mümkün sayılmaması haqqında saxta qərardadını qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi- preyudisial akt (??) kimi tətbiq edib. Guya eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və bu səbəbdən  MPM-in 153.2.2-ci maddəsinə görə iddia yolverilməzdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmaması bir yana, axı Rafael Eyvazov, Fuad Babayev, Cəmilə Musayeva üçlüyünün vicdandan kənar saydığı işdə TƏRƏFLƏR EYNİ DEYİL! Bu yekəlikdə üçlük görmür ki, qanuni qüvvəyə minmiş saydıqları qətnamədə MARAQLI ŞƏXS(lər) DİN DAXİLİ QOŞUNLARI və MÜDAFİƏ NAZİRLİYİ, bax(ma)dıqları işdə isə SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİDİR? Nə vaxtdan bu hərbi qurumlar EYNİ TƏRƏFLƏR olub? Biz hələ məhkəmənin əsaslandığı qətnamənin Ali Məhkəmənin qərarı ilə ləğv olunması faktını demirik. Düzdür, birinci instansiya- Nərimanov məhkəməsinin hakimi Nərgiz Tağıyeva 7 aydır özü ərizəçinin şikayətini QİSMƏN (MPM-də qismən təmin edilmə yazılmayıb) təmin edərək qərardadını TAM LƏĞV EDİB, di gəl, hələ də sonrakı prosessual hərəkətləri etmir. “Əsas”-  Ali Məhkəmənin “başqa məhkəmə” sayılmasıdır.(??) Ali Məhkəməni “başqa məhkəmə” sayıb, kassasiya icraatında iş olması əsası ilə ərizənin yolverilməzliyi hansı məcəllədə yazılıb? 7 aydır nə Ombudsman, nə Ali Məhkəmə, nə MHŞ bu qeyri-prosessual özbaşınalığa qiymət verə bilmir.   Bakı Apellyasiya Məhkəməsinin qeyri-prosessual özbaşınalığı, vicdansız davranışı isə hələ də eybəcər formada sürür. Bütün şikayətləri eyni qərəz heyətinə- Rafael Eyvazov, Fuad Babayev, Cəmilə MusayevaVahid Sadıqov, Xumar Mərdanova, Sabit  Bəhrəmzadə üçlüklərinə (digər heyətlər də Rafael Eyvazovun qanunsuz göstərişlərinə boyun əyirlər)verilir və etiraza,  şikayətin dəlillərinə baxmadan aşağı instansiyanın qanunsuzluğu qüvvədə saxlanılır. Apellyasiya instansiyası açıq şəkildə“VİCDAN TERRORU”NU sürdürür. Bəs MHŞ niyə vəzifəsini icra edib monitorinq aparmır,  işlərin “TƏSADÜFƏN” eyni qərəz heyət(lər)inə verilməsinə qiymət vermir? Bəs Ali Məhkəmə niyə vahid məhkəmə təcrübəsinin pozulmasına susur? Bəs prokurorluq? Bəs PA, bəs MM, bəs ... Bəs deyil, Rafael Eyvazov və dəstəsinin 1-ci dərəcəli Qarabağ qazisinə qarşı məhkəmə savaşına, qərəz hakimliyinə, etikadan kənar vicdansız davranışına “BƏSDİR!” deyən olacaq?

Məğrur BƏDƏLSOY

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri