Icma.az
close
up
RU
Bakı Astana tərəfdaşlığının üç dayağı: Coğrafiya, tarix, iqtisadiyyat

Bakı Astana tərəfdaşlığının üç dayağı: Coğrafiya, tarix, iqtisadiyyat

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 23 oktyabr, AZƏRTAC

Qazaxıstan və Azərbaycanı təkcə ortaq keçmiş deyil, həm də ortaq gələcək birləşdirir. Hər iki ölkənin coğrafiyası, tarixi və iqtisadi potensialı ümumi inkişaf baxışının formalaşması üçün möhkəm zəmin yaradır.

Bu barədə AZƏRTAC-a qazaxıstanlı politoloq Aman Mambetaliyev bildirib.

“Qazaxıstan və Azərbaycan mühüm qarşılıqlı fəaliyyət təcrübəsinin toplandığı rəqəmsal təhlükəsizlik və ekologiya kimi əsas istiqamətlərə ümumi yanaşmalarda birdir, iki dövlətin liderləri – Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsləri isə hər iki ölkənin cəmiyyətləri tərəfindən tam dəstəklənir”, - deyə agentliyin həmsöhbəti bildirib.

İqtisadi münasibətlərin dinamikasını qiymətləndirərkən A.Mambetaliyev ölkələr arasında ticarət dövriyyəsinin artımını qeyd edib, əməkdaşlıq potensialının əhəmiyyətli dərəcədə yüksək olduğunu vurğulayıb. O əlavə edib ki, əməkdaşlıq imkanları təkcə iri sənaye sahələrində deyil, həm də kiçik və orta biznesdə, eləcə də vətəndaşlar arasında birbaşa təmaslar səviyyəsində mövcuddur.

Qazaxıstanlıların Azərbaycana, azərbaycanlıların isə Qazaxıstana səfərlərinin artdığını qeyd edən ekspertin fikrincə, bu tendensiya xalqlar arasında etimadın və qarşılıqlı anlaşmanın bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan müstəqilliyin ilk illərindən başlayaraq türk inteqrasiyasının təşəbbüskarları olaraq onun inkişafına dəstək verirlər.

“İki ölkə arasında münasibətlər iqtisadi, hərbi, elmi və logistika sahələrini əhatə etməklə artıq humanitar aspektdən kənara çıxıb. Bu çoxşaxəli qarşılıqlı fəaliyyət təkcə Qazaxıstan və Azərbaycan üçün deyil, həm də dövlətlərimizin bütün tərəfdaşları üçün faydalı olan daha dərin inteqrasiya və türk sabitlik kəmərinin formalaşması üçün ictimai tələbi əks etdirir”, - deyə politoloq sözünü yekunlaşdırıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri