Icma.az
close
up
RU
Bakı Avropa ölkəsi ilə vizasızlıq anlaşması imzaladı KONKRET

Bakı Avropa ölkəsi ilə vizasızlıq anlaşması imzaladı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timko Muçunski ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, siyasi dialoqun inkişafı, iqtisadi, ticarət, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Ceyhun Bayramov Azərbaycan və Şimali Makedoniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayaraq qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb. İkitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanların müəyyən edilməsinin, ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edilib.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edərək Azərbaycanın enerji təchizatçısı və tranzit ölkə kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd ediblər. Bu çərçivədə bərpa olunan enerji və alternativ enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Görüşdə həmçinin turizm sahəsində əlaqələrin inkişafı üçün potensial imkanlar dəyərləndirilib. Hər iki ölkənin zəngin mədəni irsi və turizm imkanlarının tanıdılması istiqamətində birgə işlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə vəziyyət, bərpa-yenidənqurma işləri, mina təhdidləri, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə həmkarına məlumat verərək bölgədə sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində ölkəmizin səylərini diqqətə çatdırıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdən sonra Azərbaycan hökuməti ilə Şimali Makedoniya hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişin imzalanma mərasimi hər iki nazirin iştirakı ilə baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Mart 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri