Bakı Balakən dəmiryolu xətti şimal qərb bölgəsinə hansı üstünlükləri verəcək? EKSPERT FİKRİ
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bakı-Balakən dəmir yolu xətti artıq bir neçə müddətdir ki, istifadəyə verilib". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, bu dəmir yolu xəttindən sərnişinlər də çox məmnun şəkildə istifadə edirlər. "Bu nəqliyyat axınına da müəyyən təsir göstərəcək ki, insanlar artıq şəxsi avtomobillərdən, yol taksilərindən yox dəmir yolundan istifadə edəcəklər. Bu daha rahat və daha təhlükəsiz bir nəqliyyat növü olduğuna görə, biz də buna üstünlük veririk. Hesab edirəm ki, insanlarımız elə dəmiryolu şəbəkəsi vasitəsi ilə mənzil başına daha rahat və təhlükəsiz çatsınlar. Bunun üstünlükləri çoxdur. Artıq dövlət tərəfindən həmin istiqamətdə dəmiryolu xətti təmir olunub. Təxminən 30 ildir ki, o istiqamətdə olan dəmiryolu xətti təmir olunmurdu. Ancaq istismar olunurdu, lakin təmir olunmurdu. İndi təmir də olundu və çox rahat şəkildə vətəndaşlar da bundan istifadə edə bilərlər. Təhlükəsizlik üçün dəmiryolu xəttinin genişləndirilməsi, inkişafı olduqca vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 24 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















