Icma.az
close
up
RU
Bakı Baş Gömrük İdarəsi və Prior Leasing arasında çəkişmə

Bakı Baş Gömrük İdarəsi və Prior Leasing arasında çəkişmə

Bakı Baş Gömrük İdarəsi məhkəməyə verilib.

Pravda.az-ın xəbərinə görə, İdarə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciəti "Prior Leasing" ASC edib.

Mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisə olan iş hakim Xəyalə Cəmilovanın icraatındadır. Şifahi məhkəmə baxışı yanvarın 22-də keçiriləcək.

Qeyd: Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovdur. 2014-cü ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 5 000 000 AZN olan ASC-nin qanuni təmsilçisi isə Nicad Səyavuş oğlu Bağırovdur. Şirkətin əsas fəaliyyəti yerli istehsalçılarla yanaşı, Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə olan xeyli sayda texnika istehsalçılarının məhsullarının nəğd və ya 40% dövlət güzəştli lizinqlə satışını həyata keçirməkdir.


Xəyal Quliyev

seeBaxış sayı:23
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri