Icma.az
close
up
RU
Tanınmış futbolçunun ölüm səbəbi bəlli oldu

Tanınmış futbolçunun ölüm səbəbi bəlli oldu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Faciəvi şəkildə dünyasını dəyişən Aaron Bupendza ilə bağlı yeni xəbər var.

Xatırladaq ki, dünən 28 yaşlı qabonlu forvarddan şok xəbər gəldi. Onun Çində yaşadığı binanın 11-ci mərtəbəsindən düşərək öldüyü məlum oldu. İddia edilmişdi ki, bu hadisədən bir müddət öncə futbolçunun evinə onun qardaşı gəlmiş və onlar arasında münaqişə yaşanmışdı. Ona görə də Bupendzanın intihar etdiyi, başqası tərəfindən öldürüldüyü, yoxsa sadəcə ehtiyatsızlıq üzündən dünyasını dəyişdiyini dəqiqləşdirmək üçün Çin polisi dərhal araşdırmaya başlamışdı. Amma maraqlıdı ki, araşdırma heç 24 saat ötmədən başa çatdırılıb.
Çin polisinin yaydığı rəsmi məlumatdan belə aydın olur ki, tanınmış futbolçu intihar etməyib və öldürülməyib. O ehtiyatsızlıq üzündən 11-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib. Hanqju bölgə polisinin rəsmi açıqlamasında bunlar qeyd olunub:

''Aprelin 16-da saat 13.14-də bizə bir yaşayış məntəqəsində bir nəfərin binadan yıxılması ilə bağlı məlumat daxil oldu. Həmin əraziyə dərhal əməkdaşlarımız göndərildi və yaralı mümkün olan ən qısa müddətdə xəstəxanaya çatdırıldı. Ancaq tibbi yardıma baxmayaraq həmin şəxs dünyasını dəyişdi. Bu şəxsin Qabon Cümhuriyyəti vətəndaşı, eyni zamanda ''Çjetsyan'' klubunun 28 yaşlı peşəkar futbolçusu Aaron Bupendza olduğu təsdiq edilmişdi. Yerində apardığımız incələmələr və sonrakı araşdırmalar onu göstərir ki, Bupendza ehtiyatsızlıq üzündən evin eyvanından yıxılaraq dünyasını dəyişib. Bu üzdən araşdırmanın başa çatdırılmasına qərar vermişik''.


Xatırladaq ki, bu futbolçu 2020/21 mövsümündə ''Hatayspor''un heyətində 22 qolla Türkiyə çempionatının bombardiri olmaqla diqqət çəkmişdi. Bupendza karyerası boyu Türkiyə, Fransa, Qətər, Portuqaliya, ABŞ, Rumıniya və Çində forma geymişdi.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:338
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri