Icma.az
close
up
RU
İnkişafa hesablanan səfər strateji tərəfdaşlığın əyani nümunəsidir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

İnkişafa hesablanan səfər strateji tərəfdaşlığın əyani nümunəsidir KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Mixail Kavelaşvilinin prezident seçildikdən sonra ilk səfərini ölkəmizə etməsi Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının əyani nümunəsidir. İki dövləti uzun illər nəinki siyasi–iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik əlaqələri, bu sahələrdə sıx əməkdaşlıq, eləcə də tarixi köklər, dostluq və qardaşlıq münasibətləri birləşdirir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında” müqavilə ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində və dostluq əlaqələrinin genişləndirilməsində mühüm əhəmiyyətə malikdir.

“Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilis-Ərzurum və TRASEKA kimi enerji, Bakı–Tbilisi–Qars dəmir yolu kimi nəqliyyat–kommunikasiya layihələrinin iki ölkə tərəfindən uğurla reallaşdırılması, Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3,6 milyard manat sərmayə qoyması, qonşu ölkədən tranzit vasitəsilə 11 ölkəyə təbii qaz ixrac edilməsi və bu ixracın Gürcüstan büdcəsinə külli miqdarda vəsait gətirməsi tərəfdaşlığın genişlənməsinə yeni imkanlar yaratmışdır. İki ölkə arasında həyata keçirilən iqtisadi layihələr, bərpa olunan enerji məsələləri barədə razılıqların əldə edilməsi, “Yaşıl enerji dəhlizi“ layihəsinə xüsusi önəm verilməsi və bir çox vacib məsələlərin gündəmə gətirilməsi gələcəkdə əlaqələrin daha da genişlənəcəyindən xəbər verir.

Münasibətlərin yaxşılaşması əlbəttə ki, Cənubi Qafqazda sülhün, əminamalığın, təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə səyləri bəşəri mahiyyət daşıyır və bilavasitə hər iki xalqın milli maraqlarına, xoşbəxtliyə və inkişafa xidmət edir. Gürcüstan Prezidenti də səfər zamanı bu səylərə böyük önəm verdiyini, dostluq və qardaşlığın, əminamanlığın, xalqların birliyinin tərəfdarı olduğunu qeyd etmişdir. İstəklər, arzular birdir və bu sözsüz ki, xalqlarımızın gələcək rifahına, dövlətlərin inkişafına böyük fayda verəcəkdir”, deyə Tahir Rzayev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri