Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Bakı Belqrad arasında strateji tərəfdaşlıq inkişaf edir

Bakı Belqrad arasında strateji tərəfdaşlıq inkişaf edir

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tərəflər əməkdaşlığı və biznes əlaqələrinin qarşılıqlı təşviqini gücləndirmək niyyətindədir

Azərbaycan və Serbiya arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikası Milli Assambleyasının sədri Ana Brnabiç ilə görüşdə Baş nazir Əli Əsədov bildirib ki, dövlətlər arasında fəal siyasi dialoq qurulub, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləyib. Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında rolu təqdir edilib. İki ölkə arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament platformaları çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.Bildirilib ki, Azərbaycan və Serbiya arasında imzalanmış müqavilə və sənədlər müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquqi baza yaradır.

İqtisadi əlaqələrin inkişafı üçün güclü potensial mövcuddur

Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Serbiyanın daxili və xarici ticarət naziri Yaqoda Lazareviç ilə görüşən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadi əməkdaşlığın şaxələndirilməsi, həmçinin ticarət, investisiya və biznes əlaqələrinin qarşılıqlı təşviqi müasir əməkdaşlıq gündəliyinin əsas prioritetləridir.

İkitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiya mühüm platforma rolunu oynamaqdadır. Azərbaycan-Serbiya Ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib ki, son illərdə tərəflər arasında iqtisadi əlaqalər yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı investisiyaların həcmi artıb, ticari dövriyyə 2024-cü ildə 16,7 faiz yüksələrək 190,3 milyon dollara çatıb. Bu prosesdə Hökumətlərarası Komissiya da töhfəverici rol oynayır. Ötən ilin iyul ayında Bakıda keçirilən 8-ci sessiyada bir çox mühüm təşəbbüslər irəli sürülüb ki, onların icrası istiqamətində bir sıra tədbirlər görülüb. Cari ilin oktyabr ayında isə Belqradda komissiyanın 9-cu iclasının keçirilməsi planlaşdırılır ki, tərəflər yeni perspektiv layihələr barədə ətraflı məsləhətləşmələr aparacaq.

Ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilərin real potensialı əks etdirmir və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmir. Brnabiçin vurğuladığı kimi əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanları səfərbər etmək vacibdir. Ümumilikdə, hər iki ölkə qarşılıqlı əlaqələri daha da irəliyə aparmaq, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və birgə layihələrin icrasını təşviq etmək üçün iradəyə malikdir və bu dayanıqlı potensialdan istifadə etmək niyyətini gizlətmir. A.Brnabiç qeyd edib ki, enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açır.

Pan-Avropa enerji təchizatçısı

Serbiya Respublikası Milli Assambleyasının sədri Azərbaycanın regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzunun artdığını, ələlxüsus da qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu təqdir edərək bu enerji zəncirində ölkəsinin də yer aldığını xatırladıb. Qeyd edək ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi koalisiyasında yer alan Avropa İttifaqı (Aİ) ölkələrindən biri kimi Serbiya ilə sıx əməkdaşlıq 3 ilə yaxındır ki, müsbət dinamika üzrə davam etməkdədir. 2023-cü ildə Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi, eləcə də SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair anlaşma memorandumu və qaz satışına dair müqavilə imzalanıb. Həmin sənədlərin icrası 2023-cü ildən təmin edilməyə başlayıb və Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması mümkün olub. Ölkəmizin enerji tədarükü şaxəsinə qoşulan Serbiya maye yanacaqla təchiz edilən 12-lik ölkələri sırasına daxil olub.

Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiyaya qaz nəqlini təmin etməkdədir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamı?dan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.

Serbiya “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmaq istəyir

Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Belə ki, yanacağın Balkan regionuna nəqli üçün yaradılan yeni infrastrukturların və müasirləşdirilən konnektorların əlaqələndirilməsi, bir-birinə inteqrasiyasında rəsmi Belqrad xüsusi iradə göstərir. Bu səylərin nəticəsində Azərbaycan qazının digər Balkan ölkələrinə də çatdırılması mümkün olacaq. Belə ki,  Azərbaycan qazının ötürücü innektorlar vasitəsilə Bosniya-Hersoqovina və Monteneqroya çatdırılması da nəzərdə tutulur. Bu isə Azərbaycanın etibarlı enerji tərəfdaş missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir.

Serbiya ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrinin tədarükündə də maraqlı tərəf kimi fəallıq nümayiş etdirir. Rəsmi Belqrad dəfələrlə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərdiklərini və həmin dəhliz vasitəsilə nəql olunacaq Azərbaycanın “yaşıl enerji” ehtiyatlarının  əldə edilməsinə maraqlarını ifadə edib. Bu əməkdaşlıq Azərbaycanın bərpaolunan enerji resurslarını tədarük etməklə yanaşı, Serbiyanın enerji təchizatının şaxələnməsi və təmiz enerjiyə keçidinə, “yaşıl iqtisadiyyat“ quruculuğuna töhfə verəcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Sentyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see626

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see558

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see435

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see305

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see300

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see300

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see287

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see278

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see245

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see237

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see227

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see226

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see214

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see210

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see210

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see209

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see192

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see177

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see172

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri