Icma.az
close
up
RU
COP29da Bakı Bəyannaməsi qəbul edildi FOTOLAR

COP29da Bakı Bəyannaməsi qəbul edildi FOTOLAR

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

COP29 çərçivəsində Bakıda Qlobal İqlim Şəffaflığı üzrə Nazirlərin Dəyirmi masasında Bakı Bəyannaməsi qəbul edilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar yekdilliklə verilib.

Sənədə imza atan ölkələr Paris İqlim Razılaşmasının tərəflərini İqlim şəffaflığı üzrə hesabatlarını 31 dekabr 2024-cü ilədək müvafiq qaydada təqdim etməyə çağırıb.

Bəyanamədə qeyd olunub ki, Paris Razılaşmasının 13-cü bəndinə uyğun olaraq, sözügedən sənədə imza atan ölkələr özlərinin İkiillik İqlim Şəffaflığı Hesabatlarını 2024-cü il dekabrın 31-dək təqdim etməyi öhdəsinə götürür.

Eyni zamanda Paris İqlim Razılaşmasının bütün tərəflərini özlərinin iqlim şəffaflığı hesabatlarını 2024-cü il, dekabrın 31-dək təqdim etməyə çağırır;

Bəzi inkişaf etməkdə olan ölkə və tərəflərin İqlim Şəffaflığı Hesabatlarının hazırlanması və hökumətlər daxilində milli hesabat sistemlərinin yaradılmasında qarşılaşdıqları çətinlikləri tanıyır;

COP29 Prezidentliyi eləcə də UNFCCC Katibliyi tərəfindən inkişaf etməkdə olan ölkələrə iqlim şəffaflığı hesabatlarının hazırlanmasında dəstək göstərilməsi istiqamətindəki səyləri dəstəkləyir;

Ölkələrin institusional inkişafına və potensialının daha da inkişafına yönələn kollektiv səyləri dəstəkləyir. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrə texniki dəstəyin genişləndirilməsi, hesabatların hazırlanmasına və müasirləşdirilməsinə yönələn qabaqcıl təcrübə mübadiləsi, bu məqsədlə irəliləyişin əldə olunması üçün ekspertlərlə çoxtərəfli müzakirələrdə iştirakı öhdəsinə götürür;

Tərəflərə və hökumətlərarası komissiyalara bu sahədə ekspert hesab olunan şəxslərlə bağlı məlumatları BMT-nin müvafiq İqlim Dəyişmələri üzrə Ekspertlərinin Reyestrinə daxil ediməsini təmin edir;

Maraqlı tərəflərin və subyektlərin bu sahədəki öhdəliklərini müəyyən edilməsi, eləcə də texniki ekspertlərin rəylərinin hazırlanması prosesini dəstəkləyir;

Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini imzalayan tərəflər onu da təsdiq edir ki, sözügedən sənəd öz hesabatlarını hazırlayan ölkələr üçün digərləri

ilə əməkdaşlığın qurulması, bu sahədə resursların səfərbər edilməsi, əməkdaşlığa təkan verən fəaliyyətin həyata keçirilməsi və təcrübə mübadiləsi yolu ilə şəffaflığın təminatında platforma rolunu oynayacaq.

Tərəflər Bakı Şəffaflıq Platformasının inkişaf etməkdə olan ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və potensialın artırılmasına yönələn səylərini dəstəklədiklərini bəyan edirlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri