Icma.az
close
up
RU
Bakı bu dəfə tramvaya görə söküləcək: Əsəbimiz nə qədər davam gətirəcək...

Bakı bu dəfə tramvaya görə söküləcək: Əsəbimiz nə qədər davam gətirəcək...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib. 

O qeyd edib ki, tramvay kütləvi daşıma üçündür və onlar üçün ilk növbədə uyğun yer olmalıdır:

“Təhlillər aparmışıq və paytaxtda tamvay xətlərinin inşasının faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir.

Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru, Binəqədidən keçməklə "28 May" metrostansiyasına qədər əhəmiyyətli ola bilər".

Onun sözlərinə görə, "SeeBreeze" istiqamətində də yeni yaşayış məntəqələri yaradıldığına görə həmin istiqamətdə də tramvay özünü doğrulda bilər.

Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub.

Baş planda qeyd olunub ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək.

Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. 

Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.

Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri var. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər.

Tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər. 

Plana əsasən, 2040-cı ilədək tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacaq yaradılcağı bildirilir.

Qeyd edək ki, Sovet dövründə yalnız paytaxtda deyil, ölkənin digər bölgələrində də tramvay fəaliyyət göstərirdi. 2000-ci ildən başlayaraq əvvəlcə Bakının mərkəzi küçələrindən, sonra isə kənar küçələrdən tramvaylar yığışdırılıb. “Bakı Tramvay Parkı” öz fəaliyyətini tamamilə 2003-cü ildə dayandırıb.

Vətəndaşlar üçün rahat nəqliyyat vasitəsi olan tramvayların fəaliyyətinin dayandırılması ilə infrastrukturda dəyişikliklər aparıldı. Tramvay xətləri tamamilə küçələrdən yığışdırıldı. 

Hazırda isə yenidən bu nəqliyyat növünün bərpası nəzərdə tutulur. 

Mövcud infrastruktur buna nə dərəcədə cavab verir?     
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli “Cebheinfo.az”a bildirib ki, tramvaylarla bağlı çox sayda təkliflər verib: 

“Əvvəlki tramvay yolları prospektin tam ortasında olurdu, sağ-sol tərəf ümumi nəqliyyat istifadəçiləri üçün ayrılırdı. Tramvay dayanacaqları yaradılırdı.

Tramvay stansiyaları olmaq şərtilə yalnız prospektin mərkəzi hissəsi ilə hərəkət vardı. İndi Bakı şəhərində Sovet dövründə olan tarmvay xətlərinin yerləşdiyi hərəkət zolaqlarında işıqlandırma sistemi qurublar.

Biz o işıq dirəklərini aradan qaldıraraq, bir qədər də yolun zolağından istifadə etsək, eyni zamanda velosiped yollarını səkilərə çıxartsaq, tramvayı konstruksiya etmək üçün yol imkanlarımız yaranır. 

Bildirim ki, bu, müəyyən söküntülərə səbəb olacaq. Yenidən tikinti, inşaat prosesləri insanların komfortunu pozacaq. Şəhərin nəqliyyat axınının dinamikasını bir müddət dayandıracaq, ləngidəcək. Amma bu keçmişdə tramvay yollarının ləğv olunması ilə bağlı səhvimizi yenidən düzəltmiş olacaq. 

Nə qədər sinir sistemlərimiz bu inşaat dövrünə davam gətirəcək bilmirik. Ancaq nəticədə biz ekoloji cəhətdən, həm vətəndaşların sürətli mənzil başına çatması, tıxacsız yolla getmək imkanı yaranar. 

Bu mənada infrastrukturun imkanları olan yerlərdən istifadə etməklə, imkanlar olmayan yerdə o infrastrukturu yaratmaq şərtilə tramvay yollarının yaradılması vacibdir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri