Icma.az
close
up
RU
Bakı bulvarında nostalji anlar... Fotolar

Bakı bulvarında nostalji anlar... Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) və Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, at şousunun bir araya gəldiyi tədbir keçirilir.

“Qafqazinfo” xəbər verir ki, tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi ilə başlayıb. 

Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyi tədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkün olub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişaf mərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlb edir. 

Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqla Neftçilər prospekti - Ağ Şəhər bulvarı - Heydər Əliyev Mərkəzi - Heydər Əliyev prospekti –Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkət edərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlar yaşadıb.

Tədbir iştirakçıları arasında tanınmış simalar da iştirak edib. 

Müğənni Nigar Camal hər il bu sərgiyə qatıldığını bildirib: “Mənim üçün bu sərgidə iştirak etmək çox xoşdur. Ab-hava olduqca yüksəkdir. Burda olmaqdan çox məmnunam”.

Tədbirin iştirakçılarından biri olan Sübhan Sadıqov isə bildirib ki, artıq üçüncü ildir bu yürüşdə iştirak edir: “Bu, mənim şəxsi avtomobilimdir. 1984-cü ilin maşınıdır. Avtomobilə 5 ildir ki, sahibəm. Burdakı ab-hava çox gözəldir, növbəti illərdə də sərgiyə qatılmağı planlaşdırıram”.

Sərgiyə 1955-ci ilin “Moskoviç”i ilə qatılan iştirakçı Elnar Qasımov da artıq üçüncü ildir bu yürüşdə iştirak etdiyini bildirib: “Avtomobilim ilk “Moskoviç”lərdəndir. Bu maşın mənə böyüklərimdən yadigardır. Çətin də olsa, qoruyub saxlamağı bacarmışıq. Avtomobilimiz “Yol əhvalatı” filmlərinin çəkilişlərində istifadə olunub. Bütün retro tədbirlərə qatılırıq”.

Yürüşə Sumqayıtdan qatılan İlkin Məzahirov isə bildirib ki, hər il bu sərgidə iştirak edir: “Burda olmaq, insanalarda təəssürat yaratmaq çox xoşdur. Avtomobilim 1951-ci il istehsalıdır. 5-6 ildir ki, avtomobilə sahibəm. Hazırda isə bir sıra klip çəkilişlərində, retro tədbirlərdə bu maşından istifadə olunur”

Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsal edilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusi ovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraq doğurur. 

Nuranə Daxilqızı

Fotolar: Xəyal Vəlizadə






















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Avqust 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see230

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see229

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see227

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see227

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see224

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see222

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see213

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see197

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see195

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see191

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see185

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see184

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see183

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see181

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see180

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see180

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see180

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see176

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see175

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri