Icma.az
close
up
RU
Bakı Daşkənd iqtisadi müttəfiqliyi

Bakı Daşkənd iqtisadi müttəfiqliyi

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

İlkin hədəf 1 milyard dollarlıq əməkdaşlıqdır

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında strateji müttəfiqliyin iqtisadi məzmununu daha da dərinləşdirən mühüm hadisədir. Ali Dövlətlərarası Şuranın III iclası çərçivəsində “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması, iri investisiya layihələrinin təməlinin qoyulması və yeni iqtisadi sənədlərin qəbul edilməsi Bakı ilə Daşkənd arasında əməkdaşlığın artıq yeni inkişaf mərhələsinə yüksəldiyini göstərir. Hərtərəfli inteqrasiya yolunda siyasi həmrəylik konkret investisiya, sənaye və logistika layihələri ilə müşayiət olunur.

Səfərin ən mühüm nəticələrindən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması üzrə Proqram” və “İnvestisiyalar və ticarət sahəsində layihələrin həyata keçirilməsi üzrə Praktiki Fəaliyyət Planı (Yol xəritəsi)” oldu.

Bu sənədlər tərəfdaşlığın uzunmüddətli istiqamətlərini müəyyən etməklə yanaşı, biznes dairələri, ixracatçılar və logistika şirkətləri üçün konkret fəaliyyət mexanizmləri formalaşdırır. Gözləntilərə görə, Yol xəritəsinin icrası gömrük prosedurlarının sadələşdirilməsinə, tranzit imkanlarının genişləndirilməsinə, qarşılıqlı investisiyaların artmasına və sənaye kooperasiyası çərçivəsində yeni əlavə dəyər zəncirlərinin yaranmasına təkan verəcək.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də bu hədəfin real iqtisadi potensiala söykəndiyini vurğulayıb: “İqtisadiyyat məsələlərinə xüsusi diqqət yetirdik, əmtəə dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaq imkanlarını müzakirə etdik. Lakin biz razılaşdıq ki, bu, son hədd deyil, bunu dəfələrlə artırmaq mümkündür”.

Prezident İlham Əliyev də çıxışında əməkdaşlığın artıq yalnız iki ölkənin maraqları ilə məhdudlaşmadığını, daha geniş geoiqtisadi proseslərin tərkib hissəsinə çevrildiyini bildirib: “Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur. Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.

Bu yanaşma Bakı ilə Daşkənd əməkdaşlığını Orta Dəhliz, Xəzər hövzəsi üzərindən yükdaşımalar, enerji bağlantıları və Türk dünyasının inteqrasiyası kontekstində daha da əhəmiyyətli edir.

Son illərin statistikası münasibətlərin sürətlə inkişaf etdiyini təsdiqləyir. Son beş ildə qarşılıqlı ticarət üç dəfə artıb, birgə layihələrin ümumi portfeli isə artıq 5 milyard dolları ötüb. Bu dinamika rəsmi göstəricilərdə də öz əksini tapır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara yüksəlib. Bu ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə daha 33 faizlik artım əldə olunub.

Dövlət başçısının səfəri çərçivəsində keçirilən açılış və təməlqoyma mərasimləri əməkdaşlığın praktiki nəticələrini nümayiş etdirdi. “Davr Bank” layihəsi, “Matanat-A” gips zavodu, “Landau” STEAM məktəbləri, “SOCAR” yanacaqdoldurma məntəqələri, “Sea breeze Uzbekistan”, “Baku city” yaşayış kompleksləri, “Sur gold and silver” zənginləşdirmə fabriki və “Gold fresh fruits” intensiv meyvə bağları iki ölkə arasında formalaşmış yüksək iqtisadi etimadın bariz nümunələri kimi qiymətləndirilir. Bu layihələrin diqqətçəkən xüsusiyyəti ondan ibarətdir ki, investisiya qoyuluşu ilə yanaşı, texnologiya transferini, yeni iş yerlərinin yaradılmasını və uzunmüddətli iqtisadi əməkdaşlığı da əhatə edir.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri də avtomobil sənayesidir. Azərbaycanda “Chevrolet” və “Isuzu” markalarının istehsalı iki ölkə arasında sənaye kooperasiyasının uğurlu nümunələrindən hesab olunur. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində qeyd edib ki, 2026-cı il iyulun 13-nə olan məlumatına görə, ümumilikdə 10 min 720 “Chevrolet” avtomobili və 275 “Isuzu” avtobusu istehsal edilib. Bu layihələr Azərbaycanın sənaye potensialının genişlənməsinə, Özbəkistan istehsalçılarının isə yeni bazarlara çıxışına əlavə imkanlar yaradır.

Enerji sektoru da əməkdaşlığın əsas sütunlarından biri olaraq qalır. Özbəkistanın “OZLITINEFTGAZ” institutu ilə “SOCAR NIPI nefteqaz” bazasında yaradılmış “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən neft-qaz sahəsində uğurla fəaliyyət göstərir. Daha sonra yaradılan “Turan energy AFEZCO” isə SOCAR və “Özbəknefteqaz” arasında əməkdaşlığı yeni mərhələyə daşıyaraq “Azərikimya” İstehsalat Birliyində istehsal olunan yüksəktəzyiqli polietilenin Özbəkistana ixracını təmin edir.

Əməkdaşlığın perspektivli istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir.

2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları Bakıda “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis ediblər. Bu platforma Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin formalaşdırılmasına, bərpaolunan elektrik enerjisinin Xəzər dənizinin dibi ilə ixrac imkanlarının koordinasiyasına və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, Azərbaycanda Özbəkistan kapitallı 130-dan çox kommersiya təşkilatı fəaliyyət göstərir. Onlar sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sektorlarında uğurla çalışırlar. Eyni zamanda, Azərbaycan şirkətləri də Özbəkistanda iri layihələr həyata keçirirlər. “PASHA holding”in “The Ritz-Carlton” brendi altında Daşkənddə inşa etdiyi hotel və yaşayış kompleksi, eləcə də “Sea breeze Uzbekistan” layihəsi Azərbaycan biznesinin Mərkəzi Asiyada artan mövqeyini nümayiş etdirir. Bu investisiyalar qarşılıqlı etimadın möhkəmlənməsini və hər iki ölkədə formalaşmış əlverişli biznes mühitini təsdiqləyir.

İnvestisiya platforması gələcək inkişafı sürətləndirir. İqtisadi əməkdaşlığın institusional dayaqlarından biri də 500 milyon ABŞ dolları nizamnamə kapitalı ilə yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətidir. Bu mexanizm sənaye, logistika, kənd təsərrüfatı, turizm və innovasiya sahələrində yeni layihələrin maliyyələşdirilməsi üçün mühüm platforma rolunu oynayır.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi son illər sürətlə artır. Xüsusilə 2025-ci ildə bu istiqamətdə ciddi dinamika müşahidə olunub və iki ölkə arasında qarşılıqlı ticarətin həcmi əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda Azərbaycanın qeyri-neft ixracında Özbəkistanın 2 faizlik payı var. Ümumi ixracda isə bu ölkənin payı təxminən 3 faiz təşkil edir. Ölkələr arasında ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollara çatıb. Bunun 76 milyon dollarını Azərbaycanın Özbəkistana ixracı, 716 milyon dollarını isə Özbəkistandan idxal təşkil edib.

Rəqəmlər göstərir ki, hazırda iki ölkə arasındakı ticarətdə müəyyən disbalans mövcuddur. Belə ki, Özbəkistan Azərbaycana təqribən 720 milyon dollar dəyərində mal və xidmət satdığı halda, Azərbaycandan 76 milyon dollar dəyərində məhsul alıb. Başqa sözlə, Özbəkistanın Azərbaycan bazarındakı mövqeyi kifayət qədər güclüdür, lakin Azərbaycan məhsullarının Özbəkistan bazarına çıxarılması baxımından hələ böyük potensial mövcuddur.

Özbəkistandan Azərbaycana gətirilən məhsulların strukturuna nəzər saldıqda bu ölkənin sənaye və istehsal potensialının geniş spektrini görmək mümkündür. İdxalda avtomobil sənayesi məhsulları, avtomobillər, kənd təsərrüfatı məhsulları, tekstil sənayesi məhsulları, ərzaq və digər yeyinti məhsulları üstünlük təşkil edir. Bu məhsulların Azərbaycan bazarında kifayət qədər geniş istehlakçı auditoriyasının olması Özbəkistan ixracatçıları üçün əlverişli imkanlar yaradır.

Azərbaycanın Özbəkistana ixracında isə daha çox neft-kimya sənayesi, metallurgiya və elektrik sənayesi məhsulları üstünlük təşkil edir. Bu, Azərbaycanın sənaye potensialının Mərkəzi Asiyanın mühüm bazarlarından birində getdikcə daha çox təmsil olunması baxımından əhəmiyyətlidir. Lakin bu istiqamətdə imkanlar mövcud göstəricilərlə məhdudlaşmır.

Ticarətin inkişafında nəqliyyat amilinin də xüsusi əhəmiyyəti var. Azərbaycan Özbəkistan üçün Qərbə, Türkiyəyə və Avropa bazarlarına çıxış baxımından mühüm tranzit imkanına malikdir. Orta Dəhlizin inkişafı iki ölkənin ticarət əlaqələrinə yeni məzmun qazandıra bilər. Yüklərin daha sürətli və səmərəli daşınması nəticə etibarilə məhsulların rəqabət qabiliyyətini artıracaq, yeni kommersiya marşrutları yaradacaq.

Bu baxımdan iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması real və əldə edilə bilən hədəfdir. Lakin bu rəqəmə çatmaq üçün əsas məsələ yalnız ticarətin ümumi həcmini artırmaq yox, qarşılıqlı ixrac imkanlarını genişləndirməkdir. Azərbaycan xüsusilə öz qeyri-neft məhsullarının Özbəkistan bazarına çıxarılmasına diqqəti artırmalı, yerli şirkətlərin bu bazara daxil olmasını stimullaşdırmalıdır.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see336

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see272

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see268

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see261

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see261

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see259

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see242

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see203

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see202

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see174

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see171

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see169

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see167

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see166

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see165

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see154

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see152

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see151

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see147

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri