Icma.az
close
up
RU
Bakı Daşkənd İslamabad... BAXIŞ BUCAĞI

Bakı Daşkənd İslamabad... BAXIŞ BUCAĞI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Özbəkistan və Pakistan liderləri Şavkat Mirziyoyev və Şahbaz Şərif fevralın 26-da Daşkənddə keçirilən danışıqlarda strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində öz kurslarını təsdiqləyiblər. Biznes və ticarət əlaqələrini fəal şəkildə inkişaf etdirmək üçün Regionlar Forumu keçiriləcək. Nəqliyyat əlaqəsi və tranzit potensialının genişləndirilməsi, o cümlədən Pakistanın Kəraçi limanından istifadə məsələlərinə xüsusi diqqət yetirilib. Əsas elementi Trans-Əfqan Dəmir Yolunun tikintisi olacaq bu iddialı planların həyata keçirilməsi bütün regionda iqtisadi artıma güclü təkan verən Mərkəzi və Cənubi Asiyanı birləşdirməyə hesablanıb.

Pakistan regional əməkdaşlığı genişləndirir. Ötən gün baş nazir Şahbaz Şərif Azərbaycana səfər edib, Bakıda Prezident İlham Əliyevlə danışıqlar aparıb, iki ölkə sahibkarlarının biznes forumunda iştirak edib. Onun 2025-ci il fevralın 23-25-də Bakıya səfərindən sonra 2 milyard dollardan artıq investisiya sazişləri paketi razılaşdırılıb. Pakistan və Azərbaycan müdafiə və əczaçılıq sənayesində birgə işləmək barədə razılığa gəliblər.

Pakistan İslam Respublikası ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq və strateji münasibətlərinin kökü çox dərindir. İki qardaş ölkə bir-birinin haqq işini, ərazi bütövlüyünü və suverinliyini dəstəkləyən dövlət olublar. Ermənistanın işğalçılıq səbəbindən Pakistan bu ölkə ilə diplomatik əlaqələrinin qurmadığının şahidi olmuşuq və bu proses hələ də davam edir. Səudiyyə Ərəbistanı, Özbəkistan və Pakistan daim Azərbaycana dost münasibəti sərgiləyiblər. Qardaş Türkiyəni də unutmaq olmaz. Çünki Ermənistanla sərhədlərini bağlayıb və diplomatik münasibətlər də yoxdur. Pakistan Azərbaycanla münasibətlərdə siyasi, iqtisadi, enerji, nəqliyyat, şəhərsalma, humanitar-mədəni sahələri diqqətlə nəzərdən keçir, öyrənir. Vətən müharibəsindən sonra, münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxıb. Azərbaycan həm də Pakistanı hərbi sahəsində yeni müstəviyə qalxıb. Azərbaycan həm də Pakistanın hərbi sənayesinə maraq göstərir. Çünki Pakistan nüvə dövlətidir.

Dəyişən geosiyasi reallıqlarda əməkdaşlıq müstəsna əhəmiyyətə malikdir. Cənubi Qafqazda toqquşan maraqlar baxımından ətrafımızda haqq işimizi müdafiə edən dövlətləri görmək istəyirik. Qarşılıqlı sərmayə qoyuluşunun həcminin 2 milyard ABŞ dolları həcminə çatdırılması mühüm hadisədir. Eyni zamanda Pakistan qırıcıları Azərbaycan silah arsenalını bir qədərdə möhkəmləndirəcək, təhdidləri neytrallaşdıracaq, təhdidləri neyrallaşdıracaq, hava məkanımızı etibarlı qorunmasına nail olacayıq. Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri zamanı imzalanan sənədlər qarşıdakı dövrdə münasibətlərin daha da inkişafına töhfə verəcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edərkən bildirib ki, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir. Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir.

Daşkın-İslamabad yaxınlaşması nə vəd edir?

Pakistan Özbəkistanla uzun müddətdir əməkdaşlıq edir və tez-tez görüşür. Prezident Şavkat Mirziyoyev 2022-ci il martın 3-4-də Pakistana səfər edib. Şahbaz Şərif də elə həmin 2022-ci ildə Daşkəndə gəlib. Özbəkistan prezidentinin mətbuat xidməti xəbər verir ki, cari səfər zamanı Şavkat Mirziyoyev və Şahbaz Şərif strateji tərəfdaşlığın genişləndirilməsi sahələrini müzakirə ediblər. Ötən ilin yekunlarına görə, ölkələr arasında ticarət dövriyyəsi 404,5 milyon dollara çatıb və bu rəqəmin yaxın gələcəkdə 500 milyon dollara çatdırılması ilə bağlı dövlət başçılarının qarşıya qoyduğu hədəflərə yaxınlaşan liderlər qəbul olunmuş yol xəritəsinə uyğun olaraq qarşılıqlı ticarətin həcmini 2 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar.

Mütəxəssislər bu planları olduqca real adlandırırlar, çünki son bir ildə Özbəkistandan Pakistana ixrac 1,5 dəfə artaraq 299,5 milyon dollara çataracaq. Özbəkistan meyvə-tərəvəz məhsullarının satış həcminə görə beşinci bazara çevrilib (192,3 milyon dollara 124,7 min ton). Özbəkistan-Əfqanıstan-Pakistan dəhlizi ilə yükdaşımaların həcmi 5 dəfə artıb. Özbəkistan prezidentinin təşəbbüsü ilə Özbəkistan və Pakistan Regionlarının Forumu keçiriləcək.

Bu gün Özbəkistanda Pakistan kapitalı ilə 130 birgə müəssisə fəaliyyət göstərir. Avtomobil nəqliyyatı ilə yükdaşımaların həcmi təxminən 6,5 dəfə artaraq 2023-cü ildə 354 min tona çatıb. Respublikanın regionlarında Pakistanın iri şirkətləri ilə birgə Sırdərya, Daşkənd, Namanqan vilayətlərində və Daşkənd şəhərində investisiya layihələri həyata keçirilib.

Ticarət əlaqələrini inkişaf etdirmək üçün Beynəlxalq Ticarət Evi UzbekPak Beynəlxalq Ticarət Mərkəzi yaradılmışdır. Bu mərkəz Özbəkistan sənayesinin nailiyyətlərinin, o cümlədən toxuculuq, kənd təsərrüfatı və ərzaq məhsullarının nümayiş olunacağı platformaya çevriləcək. “Made in Pakistan” və “Made in Uzbekistan” sərgiləri də ticarət və mədəni əməkdaşlığın əhatə dairəsini genişləndirir. Məsələn, 2024-cü ilin iyununda keçirilmiş, “Made in Pakistan” sərgisi və nəqliyyat və logistika forumunun daxil olduğu biznes forumun yekunlarına əsasən, bu ilin fevral ayının əvvəlində Lahorda “Made in Özbəkistan” Milli Sənaye Sərgisi keçirilib.

Hökumətlərarası komissiya işləyir, artıq 10 iclas keçirilib, biznes forum və B2B/G2B formatında görüşlər müşayiət olunub, orada Özbəkistanın investisiya potensialı təqdim olunub. Hökumətlərarası Komissiyanın növbəti iclası iyulda Lahorda keçiriləcək. Pakistanın marağı əsasən tekstil, tikinti, dəri, qida sənayesi, eləcə də logistika və nəqliyyat sahələrində əməkdaşlıqla məhdudlaşır.

Ölkələr Mərkəzi və Cənubi Asiyanı birləşdirəcək və Özbəkistanı Pakistan limanlarına çıxışı təmin edəcək Trans-Əfqan Dəmir Yolu layihəsinə diqqət yetirirlər. Uzunluğu 760 km olan Termiz-Məzari-Şərif-Kabil-Pişəvər marşrutunun tikintisinin ən azı 5 il çəkəcəyi, yüklərin Özbəkistandan Pakistana çatdırılma müddəti isə 35 gündən 3-5 günə endiriləcək. Rusiya da yolun həyata keçirilməsində və sonrakı istismarında maraqlıdır.

Son illər Daşkənd üçün İslamabadla qarşılıqlı əlaqələrin iqtisadi və siyasi əhəmiyyəti xeyli artıb. Buna səbəb ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi, eləcə də Özbəkistan hakimiyyətinin cənub istiqamətində nəqliyyat və logistika marşrutlarının inkişafı kimi çətin vəzifəni məqsədyönlü şəkildə həll etməyə çalışmasıdır. Geniş daxili bazarı ilə Pakistan Özbəkistan məhsullarının - ərzaq, kənd təsərrüfatı və s. ixracında getdikcə daha mühüm rol oynamağa başlayır. Özbəkistanın Pakistanla müsbət xarici ticarət saldosunun olması da vacibdir, yəni Özbəkistan rəhbərliyinin həm yüksək səviyyədə danışıqlar zamanı, həm də biznes forum zamanı fəal işlədiyi Pakistana ixracın daha da genişləndirilməsi Özbəkistan istehsalçılarına və son nəticədə xəzinədarlığa daha çox fayda gətirəcək.

V.VƏLİYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Fevral 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see253

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see220

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri