Icma.az
close
up
RU
Bakı diktə edir, dünya qəbul edir

Bakı diktə edir, dünya qəbul edir

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ vitse-prezidenti C.D. Vensin rəhbərliyi altında nümayəndə heyətinin İrəvan və Bakıya səfəri sıradan diplomatik addım deyil. Bu səfər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların rəsmi təsdiqi, Bakının yaratdığı güc balansının beynəlxalq səviyyədə qəbul edilməsinin açıq göstəricisidir. Bu gün bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıqdan danışılırsa, bu, birbaşa Azərbaycanın iradəsi, siyasi qətiyyəti və strateji baxışı ilə bağlıdır”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

Deputat bildirib ki, Vaşinqtonda 8 avqust 2025-ci ildə əldə olunan anlaşmadan sonra Bakı onilliklər boyunca süni şəkildə uzadılan münaqişə səhifəsini qəti şəkildə bağladı: “Azərbaycan sübut etdi ki, bölgədə sülh yalnız güclü dövlət iradəsi, real güc balansı və milli maraqlara söykənən siyasət hesabına mümkündür. İkinci Qarabağ müharibəsindən sonra məhz Bakı sülh gündəliyini müəyyən etdi, şərtləri diktə etdi və regionu yeni mərhələyə keçirdi.

Bu gün Cənubi Qafqazda sülh anlayışı abstrakt çağırış deyil, Bakının yaratdığı konkret siyasi və hərbi reallıqdır. Azərbaycan yalnız münaqişəni bitirmədi, eyni zamanda təhlükəsizlik, nəqliyyat, enerji və regional əməkdaşlıq üzrə tamamilə yeni konfiqurasiya formalaşdırdı. Zəngəzurda reallaşması nəzərdə tutulan və qlobal kommunikasiya xəritəsini dəyişdirəcək “Tramp marşrutu”nun müzakirəsi də bu reallığın məntiqi davamıdır. Bu marşrut regionu qapalı bloklardan çıxararaq Avrasiyanın əsas tranzit arteriyalarından birinə çevirir və bu prosesin mərkəzində Bakı dayanır”.

 Deputat əlavə edib ki, Azərbaycanın yaratdığı geosiyasi reallıq yalnız Cənubi Qafqazla məhdudlaşmır. Bakı artıq regional aktor statusunu çoxdan geridə qoyub: “Bu gün Azərbaycan Avrasiyanın təhlükəsizlik arxitekturasının formalaşmasında söz sahibinə çevrilib. Regiondankənar güclər məhz Bakının təşəbbüsləri fonunda sabitlik, sülh və əməkdaşlıq modelləri qurmağa çalışırlar. Çünki hamı anlayır: Cənubi Qafqazda Bakını kənarda qoymaqla heç bir layihə, heç bir sülh mexanizmi işlək ola bilməz.

Bakının əsas hədəfi aydındır və geri dönüşü yoxdur. Hədəf  regional təhlükəsizlik arxitekturasını formalaşdırmaq və bu modeli digər regionlara ixrac etmək. Bu gün beynəlxalq platformalarda Azərbaycanın rolu artıq müzakirə mövzusu deyil, qəbul edilmiş faktdır. Bakı C6 formatı çərçivəsində Mərkəzi Asiyada, Yaxın Şərqdə isə sülh, sabitlik və təhlükəsizlik məsələlərində ciddi aktor kimi çıxış edir. Azərbaycanın mövqeyi etibarlıdır, siyasəti ardıcıldır, verdiyi sözlər real addımlarla təsdiqlənir.
Məhz buna görə də ABŞ vitse-prezidenti C.D. Vensin səfəri təsadüfi deyil. Bu səfər Bakının regional və qlobal miqyasda artan çəkisinin, siyasi nüfuzunun və təsir imkanlarının etirafıdır. Bu, eyni zamanda Azərbaycanın artıq proseslərə reaksiya verən deyil, prosesləri idarə edən tərəf olduğunu göstərir.

Bu gün Bakı Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirmək missiyasını ardıcıl şəkildə həyata keçirir. Azərbaycan sübut edir ki, sülh zəiflik deyil, gücün və siyasi iradənin nəticəsidir. Avrasiyada yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Bakının təşəbbüsləri üzərində formalaşır.
Reallıq göz önündədir: Cənubi Qafqazda sülhün ünvanı Bakıdır. Təhlükəsizliyin dayağı Azərbaycandır. Yeni geosiyasi nizamın əsas memarlarından biri də məhz Bakıdir. Bu reallığı görməmək artıq mümkün deyil, qəbul etməyənlər isə gec-tez bu həqiqətlə üzləşəcəklər”.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Fevral 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see270

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see219

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see211

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see201

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see199

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see199

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see198

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see197

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see195

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see193

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see168

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see164

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see160

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see158

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see157

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see155

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see155

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see154

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see152

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri