Icma.az
close
up
RU
Vaşinqton sammiti: Bakı sülhü diktə edir, İrəvan tələsməlidir

Vaşinqton sammiti: Bakı sülhü diktə edir, İrəvan tələsməlidir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri, Prezident Donald Trampla ikitərəfli formatda, daha sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli formatda keçirilən görüşlər, əldə edilən razılaşmalar mühüm əhəmiyyət kəsb etməklə, beynəlxalq gündəmin də əsas müzakirə mövzusu olaraq qalmaqdadır.

Səfər zamanı ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə işçi qrupun yaradılması, qarşılıqlı Anlaşma Memorandumunun imzalanması, 907-ci düzəlişin aradan qaldırılması ikitərəfli münasibətlərdə yeni bir səhifənin açılması deməkdir. Bayden administrasiyası bilərəkdən Azərbaycanla münasibətləri gərginləşdirən addımlar atdı, ölkəmizə təzyiq məqsədilə müxtəlif vasitələrdən istifadə etdi ki, onlardan biri də həmin düzəlişin qüvvədə saxlanılması idi. Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. Prezident İlham Əliyevin ABŞ-a səfəri həm Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsi baxımından, həm də bütövlükdə regional sabitlik, dayanıqlı sülh, əməkdaşlıq perspektivləri üçün əhəmiyyətlidir.

Ağ Evdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü, Birgə Bəyannamənin imzalanması uzun illərdən sonra nəhayət ki, Cənubi Qafqazda gərginlik dönəminin başa çatması, regionda müharibə ehtimalının tam aradan qaldırılması, kommunikasyaların blokadadan çıxarılması deməkdir. Eyni zamanda, burada ATƏT-in Minsk qrupunun ləğvi, Ermənistanın Azərbaycana ərazi iddialarının yer aldığı konstitusiyasının dəyişdirilməsi öhdəliyi təsdiqləndi.

Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən və bir günlük antiterror əməliyyatlarından sonra regionda sülhün bərqərar olması üçün çox mühüm səylər göstərib, nəticələrə nail olub. Bu baxımdan Əbu-Dabidəki ikitərəfli görüşdə şifahi razılaşmalar Vaşinqton görüşündə artıq imzalarla təsdiq edildi. 17 bəndlik sülh sazişinin mətni də XİN başçıları tərəfindən məhz Vaşinqtonda paraflanaraq ilkin imzalar atıldı. Bu razılaşmalar Qafqazın sabit, təhlükəsiz gələcəyi, sülh, rifah üçün qarant rolunu oynayır.

Bəllidir ki, regionda sülhü istəməyən qüvvələr var, xüsusilə ABŞ görüşündən sonra İran və Rusiyadan müəyyən açıqlamalar verildi. Bu iki dövlətin müxtəlif səviyyələrdə “nahatlıqlarını” ifadə etmələrinin səbəbi bəllidir. Çünki Qafqazı öz təsirlərində saxlamaq,  daimi gərginliyin mövcud olduğu münaqişə meydanı kimi görmək istəyirlər. İndi razılaşmaların həyata keçirilməsi üçün böyük ölçüdə İrəvandan çox şey asılıdır. Çünki Azərbaycan dövləti indiyə kimi nə deyibsə onu edib, öz imzasına, sözünə hörmət göstərib. Ermənistan tələsməlidir, yekun sülh sazişinin imzalanması üçün öz öhdəliklərini vaxt itirmədən yerinə yetirməlidir.

Milli Məclisin deputatı, politoloq  Rasim Musabəyov mövzunu “525”ə şərhində deyib ki, mübahisəsiz dünyada bir nömrəli dövlət ABŞ-dır: "Heç kim demir ki, ABŞ olan yerdə bütün problemlər həllini tapır, amma deyə bilərik ki, ABŞ olmayan yerdə ümumiyyətlə heç bir problem həllini tapmır. Ona görə də Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsinin tamamlanmasında, bölgədə normal münasibətlərə nail olunmasında çox müsbət təsiri olacaq. Bu baxımdan həm indi, həm gələcəkdə tərəflər əldə edilmiş razılaşmaya əməl etməyə meyilli olacaqlar, nəinki vəziyyəti dəyişməyə. ABŞ-ın bu iştirakçılığı müəyyən mənada Rusiyanı, İranı və digər bəzi ölkələri hansısa müdaxilələrdən çəkindirən amildir. Razılaşma Azərbaycanla Ermənistan arasında ikitərəfli qaydada əldə olunub, ABŞ müəyyən mənada bir himayə edən, təminatçı kimi, sığortaçı kimi bu prosesdə iştirak edir. Yəni bilavasitə müdaxilə etməsə də, belə deyək, əli bölgənin üzərində olur. Bu, vacibdir”.

Deputat söyləyib ki, Vaşinqton görüşündə həm Azərbaycan- Ermənistan məsələlərinin həllinə doğru, həm də ABŞ-Azərbaycan, ABŞ-Ermənistan münasibətlərində bir irəliləyiş əldə olundu: “Yada salmaq istəyirəm ki, Paşinyan hökumətinin ABŞ-la münasibətləri çox isti idi. Demokratlar hakimiyyətdə olanda onu himayə edirdilər, onların xeyrinə qərarlar qəbul edir, diplomatik səylər göstərirdilər. Hərbi yardımlar etməyə başlamışdılar. Baxmayaraq ki, Ermənistan Rusiyanın müttəfiqidir, amma bu prosesə artıq start vermişdilər. Blinken getmək ərəfəsində Erməntanla Strateji Tərəfdaşlıq Xartiyası imzaladılar. Onlar öncədən “stavkanı” Kamala Harrisə etmişdilər, amma sonda əliboş qaldılar. ABŞ-a hansısa şəkildə müraciət etməyə heç üzləri yox idi. Bu görüşlə Ermənistan demək olar ki, ABŞ-ın dəstəyini qaytarır. Bu, Paşinyan hökuməti üçün vacibdir. Düzdür, əvvəlki münasibət olmayacaq. Demokratların zamanında USAID-in xətti ilə balaca Ermənistana 100 milyon dollarlıq maliyyə yardımları edilirdi. İndi bu qurum yoxdur, amma ayrı xətlər var, hansılardan ki, Ermənistan yenə də özünə maliyyə və hərbi dəstəyi gözləyəcək. Eyni zamanda, Rusiya ilə münasibətləri korlanır. Bunlara bir çətir lazımdır ki, Rusiya gəlib Ermənistanı tam şəkildə əzməsin. Azərbaycan isə özünü daha sərbəst hiss edir, biz Bayden administrasiyasının təzyiqlərindən özümüzü kifayət qədər qoruduq. Azərbaycan Prezidenti seçkiyə 7-8 ay qalmış açıq şəkildə bəyan etdi ki, respublikaçılarla əməkdaşlığımız həmişə üstün olub və Trampın qələbəsini gözləyirik. Təbii ki, Tramp bunu yaddan çıxartmayıb və biz ABŞ-la ikitərəfli münasibətlərimizi irəli aparmaq üçün yaxşı şanslar qazandıq”.

Deputat Vaşinqtonda SOCAR-la “ExxonMobil” şirkəti arasında Əməkdaşlıq Memorandumunun imzalanmasına da diqqət çəkib. Bildirib ki, “ExxonMobil” dünyanın bir nömrəli energetika şirkətidir. Bu sənəd qeyd edilən sahədə əməkdaşlığı daha da genişləndirəcək: "Hamı müşahidə etdi ki, Tramp Azərbaycan Prezidentini necə qarşıladı, hansı münasibəti göstərdi, Paşinyanı necə qarşıladı. Bunlar hamısı əhəmiyyətlidir və bunu bütün dünya görür, həmin münasibətə uyğun şəkildə Azərbaycanla davranmağa başlayır. Bu, həm şimal qonşumuz, həm cənub qonşumuz, həm Avropa İttifaqı üçün təsirlidir. Bütün bu vacib məqamlar nəzərə alınmaqla səfər, görüşlər çox əhəmiyyətli idi. Nəhayət, sülh sazişinin mətni XİN başçıları tərəfindən paraflandı. Bu o deməkdir ki, razılaşma şifahi idi, indi XİN başçıları imzalalarla onu təsdiqlədilər. Paralel olaraq Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə məktub ünvanlandı. Yəni müəyyən mənada, Əbu-Dabidə əldə olunmuş şifahi yol xəritəsi Vaşinqtonda üçtərəfli bəyanatla yazılı şəkildə öz əksini tapdı. Həmin yol xəritəsinə əsaslanaraq  Ermənistan-Azərbaycan normallaşma xətti müəyyən bir ardıcıllıqla qəbul edilib”.

R.Musbəyov deyib ki, Ağ Evdə liderlərə ünvanlanan suallar zamanı Qarabağa ermənilərin qayıtması, Bakıda mühakimə olunan ermənilərlə bağlı cürbəcür cəfəng mövzuları gündəmə gətirməyə çalışdılar, amma cavablardan anladılar ki, bütün bunların heç bir perspektivi yoxdur. Çünki atılacaq addımlar ardıcıl müəyyən edilib.

Vaşinqton razılaşmalarından sonra İran və Rusiyadan gələn müxtəlif bəyanatlara diqqət çəkən R.Musabəyov bildirib ki, ABŞ İsraillə birgə İran üçün bir nömrəli düşməndir: “Təbii ki, İran Ermənistan sərhədində ABŞ-nin hansısa bir şirkətinin təhlükəsizliklə məşğul olmasından qorxur. Amma müdaxilə etmək imkanları məhduddur. Baxmayaraq ki, deyirlər İsrailə, ABŞ-a qalib gəldik, amma İran bu müharibədən hansı vəziyyətdə çıxdı. Ona görə də indi Vilayəti (İranın ali dini liderinin baş müşaviri - red.) bir şey deyir, prezident Pezişkian başqa bir şey deyir. Bizim üçün vacib olan əsas rəsmi mövqedir və Pezişkian, Xarici İşlər Naziliyi bəyan edir ki, ABŞ ilə razılaşma elə şəkildə həyata keçiriləcək ki, İranın maraqlarına toxunmayacaq. İran xarici işlər nazirinin müavini Ermənitana səfər etdi, Paşinyan telefon danışığı zamanı müəyyən izahatlar verdi. İndi Pezişkianın Ermənistana səfəri gözlənilir. Rusiyaya gəlincə, bu ölkədə hesab edirdilər ki, Ermənistan onların tam əlaltısıdır. İndi görür ki, əlindən çıxır, ABŞ-ın şirkəti əraziyə gələcək, Ermənistan sərhədində isə rus hərbçiləri dayanır. Bu məsələlər öz həllini tapmalıdır. Lakin bu Ermənistanın problemidir. Zəhmət çəksinlər, öz dövlətlərinin sərhəd təhlükəsizliyini özləri təmin etsinlər. Keçmiş 15 sovet respublikları arasında yeganə Ermənistandır ki, öz sərhədlərini başqa dövlətə həvalə edib. Məsələn, Tacikistanı götürək, baxmayaraq ki, Əfqanıstana görə kifayət qədər problemlərlə qarşılaşır, amma sərhədlərinin təhlükəsizliyini özü təmin edir. Ermənistan isə bunu başqa dövlətə həvalə edib. Bu məsələlər öz həllini tapmalıdır.  Amma bu, Ermənistanın, Paşinyan hökumətinin işidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Avqust 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see356

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see326

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see296

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see235

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see221

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see214

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see210

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see195

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see189

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see162

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see161

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see160

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see159

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see156

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see153

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see152

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see149

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see148

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see140

Fransada yanğınsöndürənlər və xilasedicilər sentyabrın 26 dan müddətsiz tətilə başlayırlar

20 Avqust 2026 08:34see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri