Icma.az
close
up
RU
Bakı diplomatik körpü rolunu oynayır Deputat

Bakı diplomatik körpü rolunu oynayır Deputat

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bakıda keçirilən forum qlobal siyasi və iqtisadi parçalanmaların dərinləşdiyi dövrdə, dialoqun hələ də mümkün olduğunu göstərən canlı platforma missiyasını uğurla yerinə yetirərək dünyaya önəmli mesajlar verdi. 176 ölkədən 57 mindən çox iştirakçının Bakıda bir araya gəlməsi Azərbaycanın qlobal qərarvermə və fikir mübadiləsi məkanlarından birinə çevrildiyinin göstəricisidir. Diqqət çəkən əsas məqam isə ondan ibarətdir ki, Bakı beynəlxalq tədbirlərin keçirildiyi şəhər statusundan çıxaraq, müxtəlif siyasi sistemlərə, fərqli iqtisadi modellərə və hətta bir-biri ilə rəqabətdə olan aktorlara eyni masa arxasında danışmaq imkanı yaradan geosiyasi platforma statusunu qazanıb”.
Bunu deputat Elçin Mirzəbəyli Demokrat.az-a bildirib.
O deyib ki, COP29-dan sonra WUF13-ün də rekord iştirakla baş tutması təsadüfi deyil:
“Bu, Prezident İlham Əliyev tərəfindən formalaşdırılan çoxşaxəli xarici siyasətin və etibarlı tərəfdaş imicinin praktik nəticəsidir. Ən maraqlı məqamlardan biri də budur ki, dünya şəhərləşmə, iqlim böhranı, miqrasiya, sosial bərabərsizlik və urban təhlükəsizlik kimi problemlərlə üz-üzə qaldığı vaxtda forumun Bakıda keçirilməsi Azərbaycanın özünün keçdiyi inkişaf yolu və hədəfləti ilə tamamilə səsləşir. Çünki Bakı artıq postmünaqişə dövründə “ağıllı şəhər”, dayanıqlı inkişaf və yeni urban idarəetmə modellərini real şəkildə tətbiq edən siyasi mərkəzə çevrilməkdədir. Qərb ilə Şərqin, Şimal ilə Cənubun kəsişməsində yerləşən Azərbaycan bu forum vasitəsilə göstərdi ki, qarşıdurmaların dərinləşdiyi bir dövrdə neytral və etibarlı dialoq məkanı olmaq mümkündür. Məhz buna görə Bakı bu gün yalnız coğrafi baxımdan deyil, diplomatik baxımdan da körpü rolunu oynayır”.
Qeyd edək ki, WUF13 (XIII Ümumdünya Şəhərsalma Forumu) 17-22 may 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Bakı Olimpiya Stadionunda keçirilən urbanizasiya və davamlı şəhər inkişafı üzrə dünyanın ən nüfuzlu qlobal konfransıdır. UN-Habitat və Azərbaycan Hökumətinin birgə təşkil etdiyi bu mötəbər tədbir "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" şüarı altında keçirilib. Forum çərçivəsində rəqəmsal transformasiya, yaşıl enerji keçidi və gələcəyin smart şəhər modelləri qlobal şəhərsalma siyasətinin mərkəzində dayanır. İlk dəfə Liderlər Sammiti formatında təşkil olunan konfransda 180-dən çox ölkədən rekord sayda ekspert və rəsmi nümayəndə iştirak edib. Azərbaycan bu platformada Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, həmçinin "Ağıllı şəhər" təcrübəsini dünya ictimaiyyətinə uğurla təqdim edib. Yekunda qəbul edilən "Bakı Bəyannaməsi" isə gələcək inklüziv urbanizasiya və qlobal mənzil təminatı sahəsində dünya ölkələri üçün əsas strateji yol xəritəsi rolunu oynayacaq.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri