Icma.az
close
up
RU
Azərbaycan geosiyasi rəqabət meydanında körpü rolunu oynayır AÇIQLAMA

Azərbaycan geosiyasi rəqabət meydanında körpü rolunu oynayır AÇIQLAMA

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxşaxəli və balanslaşdırılmış siyasət yürüdərək həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Deputatın sözlərinə görə, bu siyasətin əsas məqsədi müxtəlif coğrafi və siyasi bloklar arasında balans yaratmaqla ölkənin milli maraqlarını qorumaq və beynəlxalq nüfuzunu gücləndirməkdir:

"Ölkəmiz eyni zamanda bir neçə geosiyasi mərkəzlə əməkdaşlıq edir: Avropa İttifaqı (Qərb), Türk Dövlətləri Təşkilatı (Türk dünyası) və MDB (post-sovet məkanı)".

Müsahibimiz qeyd edib ki, "Çoxvektorlu xarici siyasət" anlayışı Azərbaycan diplomatiyasının əsas dayaqlarından biridir. P.Vəliyeva əlavə edib ki, hətta aralarında ziddiyyətlər olan ölkələrin və regional təşkilatların Azərbaycan hər biri ilə münasibətləri qarşılıqlı fayda, iqtisadi maraqlar və siyasi neytrallıq prinsipləri əsasında qoruyur. Bununla da ölkəmiz geosiyasi rəqabət meydanında körpü rolunu oynayır.

Həmsöhbətimiz nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin son günlərdə müxtəlif coğrafiyaları əhatə edən beynəlxalq və regional tədbirlərdə iştirakı diversifikasiya olunmuş xarici siyasətin təzahürüdür. Prezidentin şəxsi nüfuzunun, ona olan ehtiramın, onun beynəlxalq dialoqlarda fəal iştirakının diplomatik münasibətlərimizdə böyük rolu var:

"Dövlət başçımızla dialoqa olan marağı Kopenhagendə keçirilən “Avropa Siyasi birliyinin” Sammiti, Qəbələdə keçirilən TDT zirvəsi və oktyabrın 10-da Düşənbədə keçirilən MDB Sammiti zamanı onunla keçirilən ikitərəfli görüşlər bir daha sübut edir. Azərbaycanın xarici siyasəti bloklara qoşulmama, amma hamı ilə işləmə prinsipinə əsaslanır. Bu siyasət sabitlik və etibarlılıq üzərində qurulub. Nəticədə, Azərbaycan multi-regional diplomatiyanın əsas aktorlarından birinə çevrilib və Mərkəzi Asiya-Cənubi Qafqaz xəttində aparıcı rol oynayır".

Deputatın fikrincə, son onillikdə aparılan uğurlu iqtisadi diplomatiya ölkəmizin xarici siyasətinin mühüm istiqamətinə çevrilib. P.Vəliyeva qeyd edib ki, Azərbaycan enerji, nəqliyyat və logistika layihələri (Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi, Bakı–Tbilisi–Qars dəmiryolu və s.) vasitəsilə Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji mərkəzə çevrilib:

"Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi liderlik deməkdir. Azərbaycan regionda sabitlik, əlaqələndirmə və əməkdaşlıq platforması kimi çıxış edir".

Pərvanə Vəliyeva: Azərbaycan regionda sabitlik, əlaqələndirmə və əməkdaşlıq platforması kimi çıxış edir

Prezident İlham Əliyevin Düşənbədəki çıxışından danışan həmsöhbətimiz vurğulayıb ki, bu çıxış MDB ölkələri arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət prinsiplərinin möhkəmlənməsinə yönəlmiş ardıcıl siyasətin təzahürü olub:

"Dövlət başçısının humanitar, mədəni və idman əməkdaşlığına dair mesajları bir daha göstərdi ki, Azərbaycan MDB məkanında birliyi, qarşılıqlı etimadı və sülhü gücləndirən təşəbbüslərin fəal iştirakçısıdır. Gəncədə keçirilən III MDB Oyunları və Laçının mədəniyyət paytaxtı seçilməsi bu siyasətin uğurlu nəticələridir".

P.Vəliyeva Azərbaycan diplomatiyasının bu gün balanslı siyasət yürütməklə yalnız regional sabitliyə deyil, həm də qlobal təhlükəsizlik sisteminə töhfə verdiyini bildirib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu çoxvektorlu siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirib, ölkəmizi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının əməkdaşlıq mərkəzi kimi ön plana çıxarıb".

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri