Bakı dünya kino mütəxəssislərini bir araya gətirəcək
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Yaradıcı Həftə 2025 çərçivəsində “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı 6–12 oktyabr tarixlərində baş tutacaq.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığı ilə təşkil olunan festival dünyanın müxtəlif ölkələrindən kino istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya gətirəcək. Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaq qəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kino sənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. “Baku Cinema Breeze” festivalı mədəni əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Festivalın əsas məqsədi Azərbaycanın regionda mədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlıqların qurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.
“Baku Cinema Breeze” çərçivəsində:
* Şərq Ölkələrinin Film Marketi,
* II “ATA” Türk Dünyası Animasiya Festivalı,
* İslam Ölkələrinin Kino Günləri,
* “CinemaTalks” panel müzakirələri təşkil olunacaq.
Payızda keçiriləcək bu festival ölkəmizin mədəni həyatında önəmli hadisələrdən biri olmaqla, bütün sənətsevərlərin maraqla izləyəcəyi kino bayramına çevriləcək.
Əlavə məlumat üçün: www.bakucinemabreeze.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
07 Oktyabr 2026 17:10
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək
09 Oktyabr 2026 17:14
Bakı Avrasiya investisiya və ticarət dünyasını bir araya gətirəcək
16 Oktyabr 2026 20:15
Bakı Beynəlxalq İncəsənət Festivalı dünya səviyyəli sənətkarları Azərbaycan paytaxtında bir araya gətirəcək
22 İyul 2026 14:59
Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək
02 Oktyabr 2026 21:47
Baxış sayı:136
Bu xəbər 18 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları