Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 8-dən 12-dək Bakı şəhəri beynəlxalq Argentina tanqosu festivalına - "Baku Tango Marathon 2026"-ya ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək bu möhtəşəm tədbir dünyanın müxtəlif ölkələrindən rəqqasları, müəllimləri, DJ-ləri və tanqo sevərləri “Landmark Hotel Baku”da bir araya gətirəcək.
Tədbirdə İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, İsrail, Gürcüstan, Almaniya, Fransa və digər ölkələrdən olan qonaqlar iştirak edəcəklər. Proqram çərçivəsində sosial rəqs gecələri ilə yanaşı, xarici iştirakçılar üçün Bakının zəngin tarixi, memarlığı və mədəni irsi ilə tanışlıq məqsədilə şəhər ekskursiyası da təşkil olunacaq.
Tədbirin əsas təşkilatçısı peşəkar Argentina tanqosu təlimatçısı, "In Tango School"un rəhbəri və beynəlxalq tanqo DJ-i İlham Osmanovdur. "Baku Tango Marathon 2026" tədbirinin sponsorları sırasına “G-STONE GALLERY”, “NESSCO, Mercy Baku” və Argentinaın Azərbaycandakı səfirliyi daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 07 Oktyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















