Icma.az
close
up
RU
Bakı dünyanın ən nüfuzlu idman tədbirinə ev sahibliyi edəcək

Bakı dünyanın ən nüfuzlu idman tədbirinə ev sahibliyi edəcək

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxt Bakı 2026-cı il 24–28 may tarixlərində beynəlxalq idman ictimaiyyətinin ən nüfuzlu müzakirə platformlarından biri olan – SportAccord World Sport & Business Summitinə ev sahibliyi edəcək.

Moderator.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, SportAccord və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında rəsmi müqavilə imzalanıb, təqdimat mərasimi keçirilib.

2003-cü ildə təsis edilən SportAccord bu gün həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini təmsil edən 120-dən çox beynəlxalq federasiyanı, Beynəlxalq Olimpiya Komitəsini və digər idman təşkilatlarını bir araya gətirən nüfuzlu qurumlardan biridir. Təşkilatın əsas məqsədi idmanın qlobal inkişafına dəstək vermək, idman qurumları arasında əməkdaşlığı gücləndirmək və idmanın sosial, iqtisadi və mədəni dəyərlərini dünyada təşviq etməkdir.

SportAccord-un hər il keçirilən sammiti qlobal idman və biznes dairələrinin ən mötəbər tədbirlərindən biridir. Burada yüzlərlə beynəlxalq federasiya, təşkilat, sponsor və media nümayəndəsi bir araya gələrək idman dünyasının gələcəyini müzakirə edir, yeni tərəfdaşlıqlar qurur və qlobal şəbəkələşmə imkanlarından yararlanır. Sammit çərçivəsində konfranslar, sərgilər və ikitərəfli görüşlər təşkil edilir.

SportAccord həm Olimpiya, həm də qeyri-Olimpiya idman növlərini birləşdirən Dünya Döyüş Oyunları (World Combat Games), Dünya Zəka Oyunları (World Mind Games) və Dünya Urban Oyunlarını (World Urban Games) təşkil edir və bu tədbirlər 150-dən çox ölkədə tanınır.

Bakının 2026-cı ildə bu mötəbər sammitə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq idman və biznes dünyasında mövqeyini daha da möhkəmləndirəcək və ölkəmizi qlobal idman ictimaiyyətinin diqqət mərkəzinə çıxaracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Sentyabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri