Bakı ICESCO nun mühüm tədbirinə ev sahibliyi edir
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakıda “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Gələcək Araşdırmaları Bələdçisinin təqdimatı və uyğunlaşdırılması” mövzusunda Qlobal Gələcək Araşdırmaları üzrə Əlaqələndirici Şəxslər Təşəbbüsü adlı tədbir təşkil olunub.
XQ xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Bakıda fəaliyyət göstərən Regional Ofisi və ICESCO-nun Gələcək Araşdırmaları və Süni İntellekt Mərkəzinin (CFAI) tərəfdaşlığı ilə keçirilən tədbirdə ICESCO-nun Strateji Gələcək Araşdırmaları Bələdçisinin hazırlanması üzrə iştirakçı prosesin rəsmən başlandığı elan edilib.
Bu institusional istinad sənədi üzv dövlətlərdə milli gələcək araşdırmaları potensialının gücləndirilməsinə, eləcə də qabaqlayıcı yanaşmaların dövlət siyasəti, strateji planlaşdırma, idarəetmə və qərar qəbuletmə proseslərinə inteqrasiyasına dəstək verməyi hədəfləyir.
İyulun 28-dək davam edəcək toplantı Bələdçinin normativ hissəsinin ICESCO-ya üzv dövlətlərin təcrübəsi, ekspert bilikləri və prioritetləri əsasında birgə və inklüziv şəkildə zənginləşdirilməsinə yönəlmiş əməkdaşlıq prosesini ehtiva edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 27 İyul 2026 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















