Bakı FATF dən yüksək qiymət aldı
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı ixtisaslaşmış qurumu olan “MONEYVAL” Azərbaycanla bağlı yeni qiymətləndirmə hesabatını yayımlayıb.
Bakupost.az həmin hesabata istinadən xəbər verir ki, Azərbaycan son dövrdə çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tədbirləri əhəmiyyətli dərəcədə gücləndirib.
Sənəddə qeyd olunur ki, Azərbaycanın “Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu”nun (FATF) 40 tövsiyəsi üzrə texniki uyğunluq göstəriciləri bir sıra istiqamətlərdə yüksəlib. Xüsusilə qeyri-kommersiya təşkilatları, pul və dəyər köçürmə xidmətləri, bank köçürmələri, hüquqi şəxslərin şəffaflığı və benefisiar sahibliyi, maliyyə institutlarının tənzimlənməsi və nəzarəti, statistika mexanizmləri, eləcə də dövlət qurumlarının bazar iştirakçılarına verdiyi metodiki göstərişlər sahəsində irəliləyiş qeydə alınıb.
“MONEYVAL” Azərbaycanın yeddi FATF tövsiyəsi üzrə uyğunluq reytinqini yüksəltdiyini bildirir. Ümumilikdə ölkə səkkiz tövsiyə üzrə tam uyğun, 28 tövsiyə üzrə əsasən uyğun, dörd tövsiyə üzrə isə qismən uyğun kimi qiymətləndirilib.
Hesabatda vurğulanır ki, atılan addımlar maliyyə sisteminin şəffaflığının artırılmasına, risklərin azaldılmasına və beynəlxalq standartlara yaxınlaşmaya xidmət edir. Bu irəliləyişlər Azərbaycanın beynəlxalq maliyyə institutları və tərəfdaş ölkələrlə əməkdaşlığı baxımından da mühüm əhəmiyyət daşıyır.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Mahir qol vurdu, yüksək qiymət aldı FOTO İdmanXəbər
04 Noyabr 2024 22:25
Arda Güler qol ötürməsi verdi, Ançellotidən yüksək qiymət aldı
25 Noyabr 2024 09:15
Arda qələbədə vacib rol oynadı Arbeloadan yüksək qiymət aldı
18 Yanvar 2026 10:25
Bakı metrosu qiymət artımının məqsədini açıqladı
29 Sentyabr 2025 16:25
Renat Dadaşov, Rza Cəfərov yüksək, Cəfərquliyev aşağı qiymət aldı FOTO
11 İyun 2025 10:01
Baxış sayı:58
Bu xəbər 23 Yanvar 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















