Icma.az
close
up
RU
Bakı Fələstinlə bağlı emosional yanaşma sərgiləməyib ŞƏRH

Bakı Fələstinlə bağlı emosional yanaşma sərgiləməyib ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Attarinin açıqlamaları sübut etdi ki, Azərbaycanın Fələstinə münasibətdə tutduğu mövqe doğrudur

Fələstinin Yunan Kiprindəki səfiri Abdullah Attarinin son günlər verdiyi açıqlamalar Fələstin-Türkiyə münasibətlərində qeyri-müəyyənlik yaradıb. Attarinin Yunanıstanın “Politis” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər Türkiyədə heyrət doğurub və geniş müzakirələrə səbəb olub. O, Ankaranın Fələstin məsələsinə yanaşmasını sərt tənqid edib.

Ümumiyyətlə, Türkiyə illərdir Fələstini beynəlxalq səviyyədə ən fəal şəkildə müdafiə edən ölkələrdəndir. Xüsusilə Rəcəb Tayyib Ərdoğanın prezidentliyi dövründə Ankara həm BMT tribunalarında, həm də Qəzzada baş verən hərbi əməliyyatlar zamanı Fələstinin hüquqlarını qətiyyətlə müdafiə edib. İsrailə qarşı sərt ritorika, Qəzzaya humanitar və diplomatik dəstək vasitəsilə Türkiyə özünü Fələstin xalqının əsas beynəlxalq müdafiəçisi kimi təqdim edib və bu mövqeyini qəbul etdirə bilib. Lakin Abdullah Attarinin sözləri göstərir ki, Fələstin rəhbərliyi bu münasibətləri birtərəfli və tabeedici formatda görmək istəmir. Səfirin “Biz yetim deyilik” ifadəsi Fələstin dövlətinin öz siyasi mövqeyini və beynəlxalq strategiyasını müstəqil şəkildə müəyyənləşdirmək niyyətini ortaya qoyur. Bu isə Türkiyənin regiondakı təsir dairəsinə qarşı incə, lakin açıq bir mesaj kimi qiymətləndirilə bilər.


Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Attarinin açıqlamaları Türkiyə diplomatiyası üçün dilemma yaradır. Onun fikrincə, bir tərəfdən Ankara Fələstin məsələsini regional və qlobal siyasətində mühüm bir ideoloji sütun kimi istifadə edir. Digər tərəfdən isə Fələstin rəhbərliyinin bu məsələdə Türkiyəyə qarşı tənqidi mövqeyə keçməsi Ankara üçün strateji risk yarada bilər: 

"Türkiyə İslam dünyasında liderlik missiyasını üzərinə götürmək niyyətindədir və bu çərçivədə İsrail-Fələstin münaqişəsində vasitəçi və ya müdafiəçi rolu oynayır. Attarinin açıqlaması Türkiyənin Kipr siyasətinə də təsir göstərə bilər. Fələstin rəhbərliyinin Yunan Kipri ilə yaxın münasibətləri vurğulaması, Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə verdiyi dəstəklə ziddiyyət təşkil edir və regionda mövcud siyasi parçalanmanı daha da dərinləşdirə bilər. Bu bəyanatın BMT Baş Assambleyasının 81-ci sessiyası fonunda verilməsi xüsusi diqqət çəkir. Əslində, məsələyə hər şeydən öncə bu detal üzərindən baxmaq faydalı olar. Aydın məsələdir ki, Fələstin Türkiyənin yaxın dəstəyindən əlavə, alternativ diplomatik tərəfdaşlıqlar axtarışındadır. Fələstin rəhbərliyi yeni reallıqların fərqindədir. Hər şeydən öncə Qəzzada HƏMAS-ın mövqeləri ciddi şəkildə zəifləyib. Bu, uzun zaman sonra Qəzzaya Fələstin administrasiyasının və mövcud iqtidarın nəzarət edə bilməsi ehtimalını artırır". 


Ekspertə görə, Təl-Əvivin Qəzzada apardığı hərbi əməliyyatlar tədricən soyqırımı və qətliama çevrilib: 

"Nəzarətsiz şiddətin tətbiqi mülki obyektlərin və şəxslərin hədəfə alınmasına, 60 mindən çox insanın həyatını itirməsinə səbəb olub. Son olaraq isə İsrailin əməliyyatların gedişində Qəzzanı işğal və ilhaq etmə hədəfini açıqlaması vəziyyəti əsaslı şəkildə dəyişib. Fələstin Qəzzada baş verənləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilib. Təsadüfi deyil ki, Böyük Britaniya, Fransa, Almaniya və bir sıra digər Avropa ölkələri Təl-Əvivə qarşı mövqe sərgiləyir, hətta Fələstinin müstəqilliyini tanımaqla hədələyirlər. Bunun əsas səbəbi isə Avropada və dünyanın bir çox yerlərində insanların Qəzzada baş verənlərə etiraz etməsi və öz hökumətlərinə bu məsələ ilə bağlı təzyiq göstərməsidir. Bu və digər yeniliklər Fələstin diplomatiyasında yeni bir kursun formalaşdığını göstərir. Attarinin sözləri də bu mənada sadəcə bir açıqlamadan daha artıqdır. İlkin rəy kimi demək olar ki, bu yeni kurs daha balanslı, müstəqil və çoxqütblü bir xarici siyasət xəttini ifadə edir. Artıq Fələstin rəhbərliyi yalnız bir gücə deyil, bir neçə güc mərkəzinə eyni zamanda açıq olmaq niyyətindədir. Hətta Abdullah Attarinin müsahibəsindən bu nəticəyə gəlmək olar ki, Fələstin rəhbərliyi bu yolda müəyyən mənada Ankara ilə məsafə də saxlaya bilər".


T.Rzayev əlavə edib ki, Attarinin açıqlamaları onu da sübut etdi ki, Azərbaycanın Fələstinə münasibətdə tutduğu soyuqqanlı və ölçülü mövqe, həmçinin münaqişəyə dair yanaşması doğrudur: 

"Bakı heç vaxt Fələstin məsələsində emosional yanaşma sərgiləməyib. Hətta Fələstin Ermənistanın soyqırımını tanıyıb, Qarabağ məsələsində ermənilərə tərəf mövqe sərgiləsə də, Bakı BMT-dəki səsvermələrdə müsəlman həmrəyliyini qoruyaraq Fələstini dəstəkləyib. İsrail ilə münasibətlərimizə baxmayaraq, Azərbaycan Fələstinlə diplomatik əlaqələri daim qurub və inkişaf etdirib. Azərbaycan, əslində, illərdir bu siyasi xətti izləyir. Hətta İkinci Qarabağ müharibəsində əldə edilən tarixi zəfər də bu siyasətin real nəticəsidir. Bakı Ankaranın tənqidlərinə rəğmən, illərdir İsraillə əməkdaşlıq edir, lakin bu, Fələstin münaqişəsinə və digər regional məsələlərə yanaşmada balanslı siyasətə söykənib. Fələstin bu siyasi xətti davam etdirərsə və balansı pozmasa, İsrail qarşısında ciddi beynəlxalq dəstək əldə edə bilər. Hətta yaxın perspektivdə bir dövlət kimi müstəqilliyinin tanınması da mümkün görünür. Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin siyasətdə təkcə prinsipiallıq deyil, diplomatik incəliklər, qarşılıqlı hörmət və praqmatizm də vacib amillərdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri