Icma.az
close
up
RU
Bakı Forumu qlobal həmrəylik və humanitar təşəbbüslər üçün əhəmiyyətli müstəvi olub ŞƏRH

Bakı Forumu qlobal həmrəylik və humanitar təşəbbüslər üçün əhəmiyyətli müstəvi olub ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 mart, AZƏRTAC

Artıq 13-cü dəfə keçirilən Qlobal Bakı Forumu müasir dünyanın liderlərini, keçmiş dövlət başçılarını və tanınmış ekspertləri bir araya gətirən mühüm geosiyasi platforma kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Forum, qlobal böhranların həllində həlledici rol oynayan intellektual və strateji mərkəz kimi çıxış etməklə, beynəlxalq münasibətlərin gələcəyini formalaşdıran mühüm platforma olub.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan şanlı Zəfər və antiterror tədbirlərinin uğurla nəticələnməsi Azərbaycanın regiondakı hərbi-siyasi çəkisini daha da artırıb, Prezident İlham Əliyevin qətiyyətli lider obrazını beynəlxalq səviyyədə möhkəmləndirib.

“Bu kontekstdə Qlobal Bakı Forumuna maraq artıb, platforma dünyanın nüfuzlu beyin mərkəzlərindən biri və qlobal çağırışların müzakirə olunduğu strateji proses kimi qəbul edilməyə başlanılıb. Forum iştirakçıları artıq Azərbaycana, ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq hüququ təkbaşına icra edən və yeni geosiyasi reallıqlar yaradan güclü dialoq mərkəzi kimi baxırlar. Prezident İlham Əliyevin forum çərçivəsində təqdim etdiyi təşəbbüslər beynəlxalq nizamın yenidən qurulması üçün yol xəritəsi rolunu oynayır. Bu çıxışlar həm qlobal çağırışlara qarşı kollektiv mübarizəni stimullaşdırır, həm də Azərbaycanın regional və dünya miqyaslı siyasi proseslərin istiqamətini müəyyən edən intellektual və diplomatik güc mərkəzi olduğunu bir daha təsdiqləyir. Forum qlobal həmrəylik və humanitar təşəbbüslər üçün əhəmiyyətli müstəvi olub. Bakı Prosesi vasitəsilə mədəniyyətlərarası dialoqun sülh üçün yeganə alternativ olduğu vurğulanıb, “Parçalanmış dünyanın bərpası” mövzusunda qütbləşən dünyada fərqli siyasi sistemlərin ortaq maraqlar ətrafında birləşməsinin zəruriliyi əsaslandırılıb”, - deyə deputat bildirib.

Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycan forum çərçivəsində enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğunu vurğulayıb, Avropanın enerji xəritəsini dəyişən layihələrin sabitliyin təməli olduğunu əsaslandırıb. Bu baxımdan Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının birləşdirilməsi qlobal təchizat zəncirinin qorunmasına xidmət edib, Azərbaycan isə bu prosesdə rolunu daha da gücləndirib: “XIII Qlobal Bakı Forumu, “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunu aktuallaşdıraraq, Rusiya-Ukrayna, İran və İsrail-ABŞ arasında gərginlik, dünyanın bir çox bölgələrində geosiyasi çətinliklər fonunda Azərbaycanın sülh və stabillik missiyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mühüm platforma olub. Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanan sülh Sazişi regionda uzunmüddətli düşmənçilikdən sonra ilkin ticarət əlaqələrinin bərpasına yol açıb, Azərbaycan liderinə sülh və müharibə anlayışlarını qlobal auditoriya üçün təhlil etmək imkanı verib. Forum çərçivəsində aparılan müzakirələr yalnız regional məsələləri deyil, həm də iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yeni dünya nizamı kimi fundamental mövzuları əhatə edərək qlobal gündəliyi formalaşdırır. Azərbaycan, güc və diplomatiya vasitəsilə beynəlxalq münasibətlərdə nümunəvi rol oynayan, həm regionda, həm də dünyada təhlükəsiz və sabit həyatın təminatçısı kimi çıxış edir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri