Icma.az
close
up
RU
Vətənə ilahi sevgi nümunəsi FOTO

Vətənə ilahi sevgi nümunəsi FOTO

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

29 iyun 1997-ci ildə Cəlilabadda dünyaya göz açan Kamran Yaşar oğlu İsgəndərli Vətənə, torpağa, yurda sonsuz sevgisini 44 günlük haqq savaşımızda şəhidlik zirvəsinə ucalmaqla əbədi olaraq möhürlədi. Saf ruhu ulduzlu göylərdə dolaşan, adı qəhrəmanlıq simvolu kimi çəkilən Kamran təkcə öz ailəsi üçün deyil, bütün Azərbaycan xalqına əzizdir, milyonların ürəyində yaşamaqla həmişə sevgi, böyük məhəbbətlə xatırlanır. Dövlət də öz oğlunu daimi ucalıqda, yüksəklikdə saxlamaqdan ötrü onu “Vətən uğrunda”, Füzulinin, Xocavəndin azadlığına görə medalları ilə təltif edib.
Qəlb dünyası sevdalı olduğuna görə Kamran xeyirxah əməllərə tapınmaqla orta məktəbi başa vurub. Həyatın mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görən ailənin, elin sevimli oğlu sənədlərini Azərbaycan Texniki Universitetinə verib və burada “Telekommunikasiya, radio və texniki informasiya mühəndisliyi” ixtisası üzrə mükəmməl ali təhsil alıb. Tələbəlik illərində ingilis və ərəb dillərini öyrənib. Kamranın güzəranı nə qədər xoş keçsə də, ermənilərin Qarabağımızda törətdiyi vəhşiliklər onu çox narahat edib. Elə 2019-cu il oktyabrın 2-də Vətəninə övladlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşəndə əsas məqsədi dığalardan məqamı çatanda qisas almaq olub. Xidmət zamanı cəbhə bölgəsinə düşdüyünə görə Kamran qürur duyub, Vətənini göz-bəbəyi tək qoruyub, mərdliyi, cəsurluğu, vətənpərvərliyi əsgər yoldaşlarına nümunə göstərilib. Həyata keçirilən hərbi təlimlərdə də həmişə fərqlənib. Şüurlu şəkildə dərk edib ki, bu döyüş meydanında yağını əzmək üçün çox vacibdir.
İkinci Qarabağ müharibəsi başlananda Kamran İsgəndərli ön cəbhədə Vətən naminə göz qırpmadan döyüşlərə girib. Ermənilərin 30 ildə törətdiyi vəhşiliklər bir anlığa gözlərinin önündə canlanıb, qəlbindəki qisas hissi daha da alovlanıb. Qəhrəman Vətən sevdalısı min əzab-əziyyətli, ölümlü yollar keçməklə oktyabrın 22-nə kimi Füzuli, Xocavənd, Zəngilan, Qubadlı uğrunda gedən haqq savaşımızda yağıya qan qusdurub, yüzlərlə dığanın axırına çıxmaqla yaşının çərçivəsinə sığmayan tarix yazıb. Onunla çiyin-çiyinı vuruşan yoldaşlarına da bildirib ki, getdiyimiz yol müqəddəsdir, burada ölmək var, dönmək yoxdur. Torpaq, uğrunda axıdılan qanla Vətən olur. Hər döyüşdən zəfər sorağı gələn igid əsgər oktyabrın 21-dən 22-nə keçən gecə Qubadlı rayonunda ağır müharibə meydanında şəhidlik zirvəsinə yüksəlib. Beləcə qısa, lakin şərəfli ömür yolu ilə tarixin yaddaşına əbədi həkk olunub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Noyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri