Icma.az
close
up
RU
Bakı həddini aşanlara yerini göstərir

Bakı həddini aşanlara yerini göstərir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Rusiyada səslənən anti-Azərbaycan hədələr hüquqi qiymətini alır

Baş Prokurorluq Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışlar edən Rusiya vətəndaşlarının cinayət işi üzrə ibtidai istintaqı davam etdirir. Cinayət işi üzrə adı keçən şəxslər “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviç, özünü siyasi şərhçi və media eksperti kimi təqdim edən Uralov Semyon Sergeyeviç və Rusiyanın nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviçdir.

Cinayət işinin başlanmasına səbəb həmin şəxslərin iyulun 14-də “Семён Уралов” “YouTube” kanalında yayımlanan “Чистота понимания” proqramındakı çıxışları zamanı Azərbaycana qarşı səsləndirdikləri fikirlər olub. Onlar Azərbaycan dövlətinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş çağırışlar ediblər. Avqustun 13-də yayımlanan proqramda isə Azərbaycana qarşı zorakı üsulların tətbiqi, ayrı-ayrı şəxslərin fiziki məhvi və terror xarakterli hərəkətlərlə bağlı çağırışların səsləndirildiyi bildirilir.

Verilişin “YouTube” kanalında yayımlanması oxucunu yanıltmasın. Məlumatdan göründüyü kimi, adıçəkilən şəxslər sıradan vətəndaşlar, yaxud sadəcə, sosial şəbəkə fəalları deyillər. Onların hər üçü Rusiya ictimai-siyasi həyatında və media məkanında müəyyən mövqeyə malik olan şəxslərdir. İvan Knyazev “Moskva 24” telekanalında fəaliyyət göstərir. Semyon Uralov siyasi texnologiyalar və informasiya sahəsində fəaliyyəti ilə tanınır. Aleksey Çadayev isə Rusiya nəqliyyat nazirinin müşaviri kimi dövlət idarəçiliyi sistemində vəzifə daşıyır. Bu baxımdan onların çıxışlarının informasiya təsirini yalnız şəxsi sosial media fəaliyyəti çərçivəsində qiymətləndirmək doğru sayılmaz.

Digər bir prinsipial məsələ odur ki, siyasi tənqid və ya dövlət siyasətinə etirazla zorakılığa çağırış eyni anlayış deyil. Fikir azadlığı demokratik cəmiyyətin fundamental hüquqlarından biri olsa da, konkret dövlətə qarşı zor tətbiqini, terroru, ərazi bütövlüyünün pozulmasını təşviq edən çağırışlar jurnalistikanın peşə prinsipləri ilə uzlaşmır. Belə çağırışlar informasiya fəaliyyətinin sərhədlərini aşaraq, tamamilə başqa müstəviyə keçir.

Bu çıxışları həmin şəxslərin yalnız özəl mövqeyinin ifadəsi kimi qiymətləndirmək də düzgün yanaşma olmaz. Çünki belə ritorika zorakılığı mümkün siyasi vasitə kimi təqdim edir, zorakılığa əsaslanan ssenariləri ictimai şüurda legitimləşdirir. Media və siyasi texnologiyalar sahəsində təcrübəsi olan şəxslərin belə mövzuları geniş auditoriya qarşısında gündəmə gətirməsi isə bu çıxışların arxasında daha geniş siyasi məqsədlərin olub-olmaması barədə ciddi suallar doğurur.

Bu baxımdan məsələ üç nəfərin söylədiyi şəxsi fikirlərdən daha geniş məna daşıyır, siyasi hakimiyyəti, dövlət siyasətini tənqid etmək kontekstindən çıxır. Terrorçuluğa, insanların fiziki məhvinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına çağırış mahiyyəti daşıyır.

Azərbaycan qanunvericiliyinin məsələyə yanaşması da məhz bu kontekstdədir. Cinayət Məcəlləsinin 214-2-ci maddəsi terrorçuluğa açıq çağırışları, 281.2-ci maddəsi dövlət əleyhinə yönələn açıq çağırışları, 283.2.1-ci maddəsi isə milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş əməlləri cinayət məsuliyyəti müstəvisinə çıxarır. Burada hüquqi qiymətləndirmənin predmeti şəxsin siyasi baxışları deyil, həmin baxışların ifadə forması və ictimai təhlükəli nəticələrə yönəlmiş məzmunudur. Başqa sözlə desək, rusiyalı “mütəxəssislərin” məsələsi “Azərbaycanı tənqid etmək” deyil. Zorakılığı siyasi vasitə kimi təqdim etmək və konkret zorakı hərəkətlərə çağırış etməkdir.

Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı sərt və təhdid xarakterli ritorika Rusiya informasiya məkanında ilk dəfə meydana çıxmır. Son illərdə Rusiyanın ayrı-ayrı tanınmış “media simaları” Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, ölkənin daxili və xarici siyasətinə təzyiq xarakteri daşıyan ifadələr səsləndiriblər. Bu cür kontent hətta Rusiyanın dövlət mediasının səhifələrinə, ekranlarına daşınıb.

Məsələn, 2025-ci ilin iyununda “Rossiya 1” dövlət telekanalında yayımlanan proqramda teleaparıcı Vladimir Solovyov Azərbaycan ərazisi ilə bağlı separatçı terminologiyadan istifadə edib və bu, Azərbaycanın Media İnkişaf Agentliyinin kəskin reaksiyasına səbəb olub. “Rossiya 1”in digər bir proqramında Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilərkən, hər iki dövlətin müstəqilliyini təhdid edən fikirlər səsləndirilib. Bənzər faktlar göstərir ki, Rusiya mediası Azərbaycanla bağlı ritorikasında siyasi polemika sərhədini aşır, elektron tribunadan qeyri-qanuni prosesləri təşviq edir.

Bu kontekstdə yanaşsaq, Baş Prokurorluğun hazırkı addımı yalnız üç şəxsin fəaliyyətini əhatə etmir, həm də Rusiaya mediasında qabarıq görünən anti-Azərbaycan ritorikasına qarşı xəbərdarlıq mesajı xarakteri daşıyır. Hüquqi qiymətləndirmənin başlanması mühüm mesajdır. Media və sosial platformalarda səsləndirilməsindən asılı olmayaraq, dövlətin konstitusiya quruluşuna, ərazi bütövlüyünə və insanların təhlükəsizliyinə qarşı yönələn çağırışlar hüquqi müstəvidə araşdırılıb cavabını almalıdır.

Baş Prokurorluğun qəbul edəcəyi qərarların praktiki nəticəsi təqsirləndirilən şəxslərin harada olmasından, onların müəyyən ediləcəyi dövlətlərin Azərbaycanla hüquqi əməkdaşlıq imkanlarından asılı olacaq. Yəni beynəlxalq axtarışın elan edilməsi Rusiya vətəndaşlarının avtomatik olaraq tutulması və Azərbaycana təhvil verilməsi anlamına gəlmir. Lakin məsələnin əhəmiyyəti yalnız həmin şəxslərin fiziki olaraq Azərbaycana gətirilib-gətirilməməsi ilə ölçülməməlidir.

Cinayət işinin başlanması, məhkəmə qərarları əsasında həbs qətimkan tədbirinin seçilməsi, beynəlxalq axtarış mexanizmlərinin işə salınması belə hallara hüquqi qiymətin verildiyini göstərir. Bu, həm təqsirləndirilən şəxslərin gələcək hərəkətlərinə müəyyən məhdudiyyətlər yarada, həm də onların başqa ölkələrə səfərləri zamanı hüquqi risklərini artıra bilər.

Daha mühüm nəticə isə preventiv xarakter daşıyır. Azərbaycan göstərir ki, ölkənin suverenliyinə, ərazi bütövlüyünə və ictimai təhlükəsizliyinə qarşı zorakı çağırışlar harada səsləndirilməsindən asılı olmayaraq, hüquqi müstəvidə araşdırılacaq və layiqli cavabını alacaq. Bu baxımdan Baş Prokurorluğun addımı gələcəkdə oxşar çağırışların qarşısının alınmasına yönəlmiş institusional reaksiya kimi dəyərləndirilə bilər.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri