“Sabaha doğru” filmi
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Böyük Qayıdışa həsr olunmuş “Sabaha doğru” sənədli filminin təqdimatı keçirilib.
Birliyin sədri Ayaz Mirzəyev bildirib ki, “Şəhərsalma və Arxitektura İli” çərçivəsində hazırlanan filmdə Qarabağ və Şərqi Zəngəzurun bərpası, insanların doğma yurdlarına qayıdışı və burada qurulan yeni həyat insan hekayələri üzərindən təqdim edilir.
Ekran əsərində sakinlərin təəssüratları ilə bərabər, insan amilini ön plana çəkən müasir memarlıq üslublu yeni yaşayış məntəqələri də yer alıb. Çəkilişlər Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi, Xocalı və Zəngilanda aparılıb.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, rejissoru Zəka Qulu, operatoru Emin Hüseynov, montaj üzrə mütəxəssisi isə Elmar Tarıyeloğludur.
“Sabaha doğru” sənədli filmi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan “Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və gələcəyin şəhərləri” layihəsi çərçivəsində istehsal olunub.
Ə.DOSTƏLİ
XQ
Baxış sayı:98
Bu xəbər 03 Oktyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















