Icma.az
close
up
RU
Bakı iki tarixi düşməni regionda blokladı : Türk ölkələrini sevindirən xəbər

Bakı iki tarixi düşməni regionda blokladı : Türk ölkələrini sevindirən xəbər

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə Azərbaycanın ABŞ və Çin kimi qlobal supergüclərlə siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığını gücləndirməsi regionda güc balansını nəzərəçarpacaq dərəcədə dəyişməyə başlayıb. Bu dinamika Cənubi Qafqaz və Mərkəzi Asiyada əsrlər boyu dominant rol oynamış Rusiya və İranın təsir imkanlarının zəifləməsi ilə müşayiət olunur.

Bakı yeni kommunikasiya dəhlizlərində əsas tranzit ölkəyə çevrilir, enerji və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bu isə həm Mərkəzi Asiya respublikalarının Moskvanın təsir dairəsindən qismən uzaqlaşmasına, həm də regionda yeni geosiyasi reallığın formalaşmasına təkan verir.

Azərbaycanın çoxvektorlu xarici siyasəti və supergüclərlə yaxınlaşması Rusiya və İranın bölgədəki mövqeyini geri dönüşsüz şəkildə zəiflədə bilərmi? Kreml artan itkilər fonunda sakit qalacaqmı?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycanın ABŞ və Çin ilə paralel şəkildə inkişaf etdirdiyi əməkdaşlıq xətti ölkəmizin beynəlxalq sistemdə mövqeyini gücləndirməklə yanaşı, Cənubi Qafqazda uzun müddət mövcud olmuş geosiyasi balansı da dəyişir:

“Belə ki, Azərbaycan bu əlaqələri milli maraqlar çərçivəsində optimal və balanslaşdırılmış xarici siyasət strategiyası əsasında quraraq həm siyasi suverenliyini möhkəmləndirir, həm də yeni strateji imkanlar əldə edir. ABŞ ilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sülh gündəmi üzrə aparılan yüksək səviyyəli dialoq Azərbaycanın regionlararası əhəmiyyətini artırır. Bununla yanaşı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə ölkəmizin əsas tranzit qovşaqlarından biri kimi ön plana çıxması Azərbaycanı qlobal logistika şəbəkəsinin mərkəzi həlqəsinə çevirir. Həmçinin bu əməkdaşlıq xəttinin genişlənməsi ölkəmizin siyasi, iqtisadi və nəqliyyat sahələrində rolunu daha da gücləndirir. Beləliklə formalaşan yeni geosiyasi dinamika bölgədə ənənəvi təsir imkanlarına malik olan Rusiya və İranın mövqelərinə də təsirsiz ötüşmür.

İran və Rusiya regiona təsir imkanlarını qorumağa çalışsalar da, 2020-ci ildən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ermənistanın Moskva yönümlü siyasətdən uzaqlaşması və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan–Türkiyə xətti ilə daha sıx əməkdaşlığı regionda rus təsirinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub”.


Aytən Qurbanova

Politoloq bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı “sərt” bəyanatları rəsmi Tehranın dəyişən geosiyasi nizamdan narahatlığını ifadə edir:

“Bununla belə mövcud şərait hər iki aktorun proseslərin gedişatını köklü şəkildə dəyişdirə biləcək resurs və imkanlara malik olmadığını göstərir. Azərbaycan isə belə mürəkkəb geosiyasi şəraitdə heç bir blokda təmsil olunmadan bütün tərəfdaşlarla bərabərhüquqlu və praqmatik əməkdaşlıq modelini davam etdirir. Enerji, nəqliyyat, təhlükəsizlik və diplomatiya sahələrində həyata keçirilən balanslı siyasət ölkəmizi regionun aparıcı siyasi, iqtisadi və logistik aktorlarından birinə çevirir.

Nəticə etibarilə, Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizam Azərbaycanın çevik diplomatiyasının, iqtisadi potensialının və çoxvektorlu siyasətinin məntiqi nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Çinlə əməkdaşlığın dərinləşməsi Rusiya və İranın təsirini nisbi şəkildə zəiflətsə də, Azərbaycanın əsas hədəfi rəqabət mühiti yaratmaq deyil. Azərbaycan milli maraqlara uyğun olaraq təhlükəsiz, sabit və inteqrasiya olunmuş regional sistemin formalaşmasına töhfə verməyi hədəfləyir. Məhz bu strateji xətt ölkəmizi qlobal siyasi və iqtisadi sistemin mühüm mərkəzlərindən birinə çevirməyə davam edir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri