Icma.az
close
up
RU
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi” mövzusu müzakirə olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi” mövzusu müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 1 oktyabr, AZƏRTAC

COP29-da razılaşdırılmış ambisiyalı iqlim öhdəlikləri və Bakı Maliyyə Məqsədi üzrə mühüm nailiyyətlərə əsaslanan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində panel sessiyalar davam edir. Bakı İqlim Fəaliyyəti Həftəsinin 3-cü günü “İqlim dayanıqlığının sektorlar üzrə gücləndirilməsi – kənd təsərrüfatı, su, nəqliyyat, ağıllı şəhərlər, iqlim fəaliyyətində qadınların liderliyi” mövzusuna həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub, Azərbaycanın uğurla təşkil etdiyi bu beynəlxalq tədbirdə mühüm təşəbbüslərin irəli sürüldüyünü və tərəfdaşların sayının artdığını vurğulayıb. Muxtar Babayev iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, müasir dövrdə iqlim dəyişikliyinin təsirlərinin azaldılması, dayanıqlı aqro-ərzaq sistemlərinə keçid iqlim dəyişikliyinə daha həssas olan fermer və kənd icmalarına hərtərəfli dəstək tədbirlərini zəruri edir. Nazir bildirib ki, aqrar sahə iqlim dəyişmələrinin nəticələrindən təsirlənən sektor olduğundan bu sahənin iqlimə davamlılığının inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir.

Nazir əlavə edib ki, beynəlxalq tərəfdaşlarla birlikdə artıq 30-dan çox praktik istifadə nümunəsini - bitki sortlarının xəritələndirilməsindən və torpağın monitorinqindən tutmuş məhsul proqnozlaşdırılması və suya qənaətli suvarmaya qədər əhatə edən iki illik rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır. Bu məlumatlara əsaslanan alətlər fermerlərə daha ağıllı qərarlar qəbul etməyə, dayanıqlılığı gücləndirməyə və qarşıdakı illərdə əhəmiyyətli iqtisadi dəyər yaratmağa kömək edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iqlim dəyişikliklərinin təsiri kimi şirin su ehtiyatlarının azalmasını diqqətə çatdırıb və müasir dövrdə sudan səmərəli istifadənin vacibliyini vurğulayıb. O əlavə edib ki, yaxın illərdə Azərbaycanda su itkilərinin azaldılması, yeni su anbarlarının tikintisi və suyun təkrar istifadəsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçiriləcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu isə öz növbəsində bildirib ki, Azərbaycan da digər ölkələr kimi iqlim məqsədlərinə nail olmaqda milli töhfəsini genişləndirir. COP29-da mühüm irəliləyişlərin əldə olunduğunu deyən Viorel Gutu qeyd edib ki, bu razılaşmalar ölkələrin inkişafı və iqlim məqsədlərinə nail olunması üçün yeni imkanlar açır.

Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Azərbaycanın regional təşəbbüslərdə lider rolunun artdığını xüsusi vurğulayıb. Ötən il Azərbaycanda baş verən təbii fəlakətlərin ciddi maddi zərərə səbəb olduğunu deyən Nigar Arpadarai qeyd edib ki, bu baxımdan ağıllı şəhər və kəndlərin sayı artırılmalıdır.

İqlim dəyişikliyinin yaratdığı təsirlər nəticəsində kənd təsərrüfatının hər il məhsul itkisinə məruz qaldığını deyən FAO-nun Azərbaycandakı nümayəndəsi Nasar Hayat əlavə edib ki, aqrar sahədə innovasiyaların tətbiqi əlçatan və yerli reallıqlara uyğun olmalıdır.

Daha sonra tədbir “Dəyişən iqlimdə ağıllı kənd təsərrüfatı və qida təhlükəsizliyi - iqlim texnologiyası” mövzusunda panel sessiya ilə davam edib.

Panel sessiyada çıxış edən Kənd Təsərrüfatı Nazirliyində süni intellekt layihəsinin rəhbəri Surxay Novruzov, AİB-in Azərbaycan və Türkmənistan üzrə əməliyyat rəhbəri Marina Rose Best, “Azercosmos” CİS Mərkəzinin direktoru İsmət Baxışov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov iqlimə uyğun kənd təsərrüfatı təcrübələri, ağıllı suvarma, suya qənaət edən əkinçilik və torpağın qorunması üsulları, qida tullantılarının azaldılması və yerli qida sistemlərinin təşviqi, real vaxt rejimində məhsuldarlığın monitorinqi üçün rəqəmsal alətlər, yerli təchizat zəncirlərinin və icma əsaslı kənd təsərrüfatının gücləndirilməsi, davamlı kənd transformasiyasının dəstəklənməsində siyasət və maliyyənin rolu, həmçinin davamlı əkinçilikdə texnologiyanın rolu barədə fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri