Bakı İstintaq Təcridxanasına giriş qaydaları DƏYİŞİB?
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Bakı İstintaq Təcridxanasına daxil olmaq üçün vəkillərdən artıq təkcə vəkil vəsiqəsi deyil, həm də şəxsiyyət vəsiqəsi tələb olunur.
Oxu.Az xəbər verir ki, bu məlumat sosial şəbəkədə vəkillər arasında müzakirə mövzusu olub.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaydalarda hər hansı bir dəyişiklik yoxdur.
"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən, vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır.
Şəxsiyyət vəsiqəsi isə qanunvericiliyə əsasən, hər zaman tələb olunub", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Baxış sayı:122
Bu xəbər 27 Dekabr 2024 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















