Bakı İstintaq Təcridxanasına GİRİŞ QAYDALARI DƏYİŞİB? RƏSMİ AÇIQLAMA
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı İstintaq Təcridxanasına daxil olmaq üçün vəkillərdən artıq təkcə vəkil vəsiqəsi deyil, həm də şəxsiyyət vəsiqəsi tələb olunur.
Avtosfer.az xəbər verir ki, bu məlumat sosial şəbəkədə vəkillər arasında müzakirə mövzusu olub.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.az-a bildirilib ki, qaydalarda hər hansı bir dəyişiklik yoxdur.
"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə əsasən, vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır.
Şəxsiyyət vəsiqəsi isə qanunvericiliyə əsasən, hər zaman tələb olunub", - deyə məlumatda bildirilib.

