Icma.az
close
up
RU
Bakı Kitab Mərkəzində “İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingiliscə nəşri təqdim olunub

Bakı Kitab Mərkəzində “İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingiliscə nəşri təqdim olunub

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Bakı Kitab Mərkəzində “İrəvan xanlığının bölgə mətbəxi” kitabının ingilis dilinə tərcümə olunan yeni nəşrinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə kitab haqqında videoçarx nümayiş etdirilib.

Təqdimat mərasimində çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı kitabın əhəmiyyətini yüksək qiymətləndirib.

“Bu nəşr nəfis tərtibatlıdır və böyük mədəni əhəmiyyət daşıyır. İngilis dilində çap olunması Azərbaycan mətbəxinin dünyada təbliği baxımından çox önəmlidir”,- deyə o əlavə edib.

Müəlliflərdən biri, Azərbaycan Milli Kulinariya Assosiyasiyasının (AMKA) prezidenti Tahir Əmiraslanov qeyd edib ki, İrəvan bölgəsinin mətbəxini bərpa etmək üçün geniş tədqiqat apardıq, 413 yemək reseptini toplayıb elmi əsaslarla təqdim etdik.

Kitabın ilk dəfə 2020-ci ildə Azərbaycan dilində nəşr olunduğunu diqqətə çatdıran Tahir Əmiraslanov deyib: “Aparılan tədqiqatlar nəticəsində İrəvan bölgəsinin kulinariya irsi sistemləşdirilib. Bu məqsədlə 1500 nəfərlə müsahibələr aparılıb, çoxsaylı tarixi və etnoqrafik mənbələr araşdırılıb, 413 yemək resepti toplanaraq elmi təhlildən keçirilib. Kitab 2021-ci ildə İsveçrədə Alfred Nobel Mükafatı Ev Muzeyinə daxil edilib və Parisdə “Dünya Kulinariya Kitabları Mükafatı” tərəfindən “Dünyanın ən yaxşı regional mətbəxi” adına layiq görülüb. 2024-cü ildə isə əsər “Dünya İslam Kulinariya Birliyi” və TÜRKSOY tərəfindən mədəni irsin qorunmasına verdiyi töhfəyə görə mükafatlandırılıb”.

Mətnin ingilis dilinə tərcümə edən filologiya elmləri doktoru, BDU-nun Xarici dillər kafedrasının müdiri Bəylər Hacıyev bu işin çətin və məsuliyyətli proses olduğunu vurğulayıb. “Hər sözün, hər ifadənin dəqiq qarşılığını tapmaq çox önəmli idi. İngilis dilində nəşr bizim mətbəxin beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verəcək”, - deyə B.Hacıyev əlavə edib.

Müəlliflərdən biri, AMKA-nın fəxri üzvü Oruc Əliyev kitabın elmi əhəmiyyətindən danışıb. “Bu tədqiqat illərlə toplanmış zəhmətin nəticəsidir. İrəvan mətbəxi Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir və onun dünyaya tanıdılması çox vacibdir”.

Digər çıxışçılar kitabın hazırlanma prosesi, tədqiqatın elmi əhəmiyyəti və əsərin beynəlxalq uğurları barədə məlumat veriblər.

Kitabın növbəti müəllifi, Respublika Gənclər Mükafatı laureatı Aygül Əsgərovadır. Kitabın “Ön söz” müəllifi nəşrin elmi redaktoru, AMEA-nın Arxeologiya və Tarix İnstitutunun direktoru, professor Maisə Rəhimova, rəyçi tarix elmləri üzrə fəlsəfə doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Tahir Şahbazovdur. Kitab nəşrə AMKA-nın Elmi şurası tərəfindən məsləhət görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri