Icma.az
close
up
RU
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim edilib

“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim edilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Sosial Tədqiqatlar Mərkəzində (STM) milli mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində daha bir vacib tədbir keçirilib.

STM-in mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, Azərbaycanın qədim və zəngin kulinariya ənənələrini əks etdirən “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri ictimaiyyətə təqdim olunub.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, kitabın müəllifləri – Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) sədri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov, AMKA-nın fəxri üzvü, əməkdar mədəniyyət işçisi Oruc Əliyev, layihənin rəhbəri, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimli və əməkdar jurnalist Telli Pənahqızı iştirak ediblər. Tədbirdə çıxış edənlər kitabın elmi, tarixi və mədəni əhəmiyyətindən bəhs edərək, onun Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması baxımından önəmini vurğulayıblar.

STM İdarə Heyətinin sədri Zahid Oruc çıxışında bildirib ki, kitab həm tariximizin, həm də mədəni irsimizin qorunması baxımından mühüm vəsaitdir: “Azərbaycan mətbəxi milli kimliyimizin daşıyıcısıdır. Kitab vasitəsilə biz təkcə bir regionun yeməklərini deyil, həm də unudulmaqda olan tarixi-mədəni yaddaşı yenidən gündəmə gətiririk. İrəvan xanlığının mətbəxi eyni zamanda Azərbaycanın min illərlə yaşadığı tarixi yurdun mənəvi-mədəni xəritəsinin bərpasına xidmət edir”.

Kitabın müəlliflərindən biri, tanınmış kulinariya eksperti Tahir Əmiraslanov təqdimat zamanı vurğulayıb ki, “İrəvan xanlığının mətbəxi” yalnız reseptlər toplusu deyil, həm də dərin tarixi-etnoqrafik tədqiqat əsəridir: “Kitabda 413 yemək və içkinin resepti, onların hazırlanma texnologiyası, istifadə olunan məhsullar və alətlər ətraflı təsvir olunub. Biz arxivlərdə araşdırmalar aparmışıq, yaşlı nəsillə müsahibələr etmişik. Məqsədimiz saxtalaşdırılan tarixi düzgün göstərmək və Azərbaycan mətbəxinin zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Kitabın layihə rəhbəri Qivami Rəhimli isə qeyd edib ki, əsər yalnız mətbəx haqqında məlumat verməklə kifayətlənmir, həm də milli mədəni yaddaşı, regionun sosial və tarixi kontekstini oxucuya təqdim edir: “Biz bu kitab vasitəsilə İrəvan xanlığının gündəlik həyatını, məişətini, təsərrüfat sistemini və mədəni reflekslərini oxucuya çatdırmağa çalışmışıq. Bu həm də Azərbaycanın qədim dövlətçilik tarixinin bir parçasının süfrə üzərindən təqdim olunmasıdır”.

Əməkdar jurnalist Telli Pənahqızı çıxışında bildirdi ki, bu layihə Azərbaycanın mədəni təhlükəsizliyi və mədəni diplomatiyası baxımından strateji əhəmiyyətə malikdir:“İrəvan xanlığının adətləri, ənənələri, yaşam tərzi kitabda yaşayır. Mətbəximiz təkcə milli özünütəsdiqin deyil, həm də mədəni müqavimətin bir vasitəsidir. Bu əsər eyni zamanda, gələcək nəsillərə miras buraxılacaq mədəni kodların daşıyıcısıdır”.

Təqdimatda tanınmış ictimai xadimlər, mədəniyyət tədqiqatçıları və akademik dairələrin nümayəndələri də iştirak edərək fikirlərini bölüşüblər.

Çıxışlarda vurğulanıb ki, bu cür nəşrlər təkcə mədəni irsin deyil, həm də tarixi həqiqətlərin qorunmasında mühüm rol oynayır.

Qeyd olunub ki, kitabın ingilis dilində nəşri beynəlxalq elmi dairələr üçün yeni tədqiqat imkanları açır. İştirakçılar bu təşəbbüsü milli ideologiyanın və mədəni diplomatiyanın təzahürü kimi qiymətləndiriblər. Eyni zamanda, vurğulanıb ki, mətbəx mədəniyyəti üzərindən tarix yazmaq müasir mədəni təhlükəsizlik strategiyasının bir hissəsidir.
Kitabın hazırlanması zamanı tədqiqatçılar İrəvan bölgəsindən deportasiya olunan soydaşlarımızın ailə yaddaşına əsaslanan məlumatlardan, arxiv sənədlərindən və müxtəlif tarixi qaynaqlardan istifadə ediblər. Əsərin strukturu kulinariya reseptlərindən savayı, tarixi izahlar və sosial kontekstə dair qeyd və analizləri də əhatə edir. Bu yanaşma kitabı həm də ensiklopedik səciyyə daşıyan bir mənbəyə çevirir.

Kitabın ingilis dilinə tərcüməsi onun daha geniş beynəlxalq auditoriyaya çıxmasına, Azərbaycanın mətbəx mədəniyyətinin dünya ictimaiyyətinə doğru təqdim olunmasına imkan yaradır. Tədbir iştirakçıları qeyd ediblər ki, bu nəşr, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğində yeni bir mərhələ açacaq.

Sosial Tədqiqatlar Mərkəzində keçirilən təqdimat bir daha göstərib ki, Azərbaycan öz mədəni irsinə sahib çıxmaqla yanaşı, İrəvanın əsl tarixi simasının – Azərbaycan şəhəri olduğu həqiqətinin də beynəlxalq elmi ictimaiyyətə çatdırılması üçün prinsipial və ardıcıl mövqe nümayiş etdirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyul 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri